Rusiya və Türkiyənin maraqlarını birləşdirən Qaqauziyada siyasi gərginlik
Tarix: 23.12.2016 | Saat: 20:37:00 | E-mail | Çapa göndər
“Qaqauz yeri”nin başçısı İrina Vlax Qərb ölkələri və Rusiyanın səfirlərinə müraciət ünvanlayıb.
Türkiyə dövlət başçısı qaqauzlara kömək edəcəyini deməklə yanaşı gələn ilin may ayında ora səfər edəcəyini də bildirib
Moldovanın tərkibində muxtar qurum olan “Qaqauz yeri”nin başçısı İrina Vlax Qərb ölkələri və Rusiyanın səfirlərinə müraciət ünvanlayıb. Başçı bildirib ki, rəsmi Kişinyov orqanları muxtar qurumda vəziyyəti pozmağa çalışır. Moldova hakimiyyət orqanları “Qaqauz yeri”ndə axtarış işləri həyata keçirib və bir sıra fəalları həbs edib. Vlax müraciətində qeyd edib ki, Kişinyovun rəsmi orqanlarının paytaxt Komratda həyata keçirdiyi bu əməliyyatın arxasında muxtar qurumun rəhbərliyini dəyişməkdir. İrina Vlax “Nezavisimaya qazeta” nəşrinə açıqlamasında bildirib ki, yaxın günlərdə Türkiyədə səfərdə olub. Həmin görüşdə Ərdoğan qaqauzlara dəstək verəcəyini vəd edib. “Qaqauz yeri” Moldovanın cənubunda yerləşən və dünyada yeganə yerdir ki, 200 min türkdilli, pravoslav dinin inanclı qaqauz kompakt halında yaşayır. Qaqauzlar özləri haqqında “biz beyində türk, ürəkdə rusuq” deyirlər. Bu muxtar qurumu həmişə Rusiyayönümlü adlandırırlar ki, bu da səbəbsiz deyil. Belə ki, “Qaqauz yeri”ndə rusdilli məktəblər fəaliyyət göstərir. Muxtar qurum həmişə Rusiya ilə sıx əlaqə sazlayıb. Kişinyov bu münasibətə qarşı olsa da, qaqauzlar üçün Rusiya ali məktəbləri və bazarı həmişə açıq olub. Qaqauzlara Rusiya ali məktəblərində pulsuz təhsil almaq üçün kvota müəyyən edilib. Muxtar qurumun parlamentinin rəhbəri Dmitri Konstantinov “Nezavisimaya qazeta” nərinə bildirib ki, onların Rusiya ilə heç bir problemi yoxdur. Moldova ərazisindən fərqli olaraq qaqauzların Rusiyaya meyvə-tərəvəz və konserv ixracına heç bir qadağa tətbiq olunmayıb. Bir müddət əvvəl keçirilən parlament seçkilərinin nəticələri Kişinyovu razı salmayıb. Komrat dairələrinin birində qalib gələn və sonradan spiker seçilən Konstantinov Moldovanı razı salmır. Muxtar qurumun başçısı bildirib ki, rəsmi Kiyev həmin yerə Avropaya inteqrasiya tərəfdarı olan başqa şəxsi “təyin” edib. Kişinyov hüquq-mühafizə orqanları Demokratik Partiyanın namizədinin uduzduğu dairədə seçicilərin ələ alınması ilə bağlı iki nəfəri həbs edib. Həbs edilənlər seçki məntəqəsinin sədri Yelena Todorova və “Qaqauz televiziyası”nın müşahidə şurasının katibi Anatoli Mavrodidir. Muxtar qurumun Apelyasiya Palatası səslərin sayılması ilə balı şikayətləri araşdırıb və Dmitri Konstantinovun qələbə qazandığını elan edib. Bundan sonra ölkə prokurorluğu seçicilərin ələ alınması ilə bağlı cinayət işi qaldırıb. Bundan narazı olan qaqauzlar etiraz aksiyasına hazırlaşır. Vəziyyətin gərginləşdiyini görən başçı İrina Vlax Rusiya və Qərb ölkələrinin Moldovadakı səfirlərinə müraciət edib. Başçı bildirib ki, artıq Rusiya, Türkiyə səfirləri, eləcə də Avropa İttifaqı Komissiyası, ATƏT və Avropa Şurası ofisinin nümayəndələri ilə görüşlər keçirib. Xanım Vlax bölgədə siyasi vəziyyətin məqsədli şəkildə gərginləşdirildiyini səfirlərin diqqətinə çatdırıb və situasiyanı nəzarəti altına alacağını bildirib. İrina Vlax artıq Moldovanın yeni seçilmiş dövlət başçısı İqor Dodonla da görüşüb. Dodon məsələ ilə bağlı əlavə informasiya alacağını və lazımi tədbirlər görüləcəyini vəd edib. Bundan sonra Dodon sosial şəbəkədə bunları yazıb: “Qaqauziya etnik problemlərin uğurlu həllinə nümunə kimi Moldovanın həlledici regionudur. Bu region həmişə Moldova dövlətçiliyinin keşiyində olub. Qaqauziyadakı stabillikdən bütün Moldovanın taleyi asılıdır. Mən muxtar qurumun başçısını əmin etdim ki, Qaqauziya bölgəsi dövlət başçısı kimi minim diqqətimdə olacaq. Qaqauziya, onun xalqı və rəhbərliyinə tam dəstəyimi ifadə edirəm”. İrina Vlax əmindir ki, əsas məqsəd muxtar qurumun xalqını qorxutmaq və siyasi proseslərə müdaxilə etməkdir. Başçı bunları Ankarada prezident Ərdoğanla da müzakirə etdiyini deyib. Türkiyə dövlət başçısı qaqauzlara kömək edəcəyini deməklə yanaşı gələn ilin may ayında ora səfər edəcəyini də bildirib. Türkiyəli diplomatlar qaqauzları tez-tez “babalarının dilində danışan” xalq adlandırırlar. Rusiya kimi Türkiyə də qaqauz tələbələrin bu ölkədə ali təhsil alması üçün xüsusi təqaüdlər təsis edib. Yüzlərlə qaqauz bu gün Türkiyədə özünə iş tapıb. Artıq türkiyə investisiyası “Qaqauz yeri”ndə artmağa başalyıb. İrina Vlax deyil ki, bunun nəticəsi olaraq Qaqauziyada yeni iş yerləri yaranıb, insanların həyat səviyyəsi yüksəlib.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
22.05.2017
“Biz digər regional iqtisadi təşkilatlarla əməkdaşlığı gücləndirməliyik”
22.05.2017
Ərdoğan Hovakimyanın çıxışına etiraz etdi
19.05.2017
NATO sammiti: ABŞ-dan Avropaya mesaj
19.05.2017
Ərdoğan Tusk və Jan-Klod Yunkerlə görüşəcək
19.05.2017
Rusiyadakı “Qazax diasporu” ÜAK-ın qeydiyyatının ləğvindən narahatdır

Şərh əlavə olunmayıb



    ,    
Flora Ələsgərova
Psixoloq Fərqanə Mehmanqızı
Mahmud Əyyub
Elsevər Məmmədov
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 6509

1 İzmirdəki azərbaycanlıların qüruru olan Kamal Alganer çempion olub
2 Diaspor üzvü “İgidlik və Cəsarət” Ordeni ilə təltif olunub
3 Jurnalistlərə mənzillərin verilməsinin qaydaları və şərtləri açıqlanıb
4 “Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına məsuliyyətlə hazırlaşıb”
5 “Niderlandlı iş adamlarının ölkəmizə sərmayə yatırmaq istəkləri var ”
22.05 19:56 Lahmacun
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info