Almaniyada radikalların sayı artır
Tarix: 23.12.2016 | Saat: 20:46:00 | E-mail | Çapa göndər
Almaniya hüquq-mühafizə orqanları tərəfindən ölkədə təqribən 9 min 600 nəfər radikal dindarın yaşadığı dəqiqiləşdirilib

Konstitusiyanı qoruma üzrə federal şöbə 2016-cı ildə təkcə paytaxt Berlində radikalların sayında ciddi artım olduğu barədə məlumat yayıb. Almaniyanın “Tagesspigel” nəşri müqayisəli şəkildə qeyd edir ki, ötən ilə rəğmən radikalların sayı təqribən 840 nəfərə çatıb. Qeyd edək ki, 2012-ci ildə Almaniyanın rəsmi sənədlərində radikal dindarların sayı 400 nəfər kimi göstərilirdi. Ölkənin xüsusi xidmət orqanları hesab edir ki, onların da təxminən 380 nəfəri zorakılığa, silaha üstünlük verənlərdir. Lakin radikal kimi təqdim edilənlər arasında sərhədi müəyyənləşdirmək çox çətindir. Onların hansının yalnız siyasi vasitələr, hansınınsa silahlı mübarizə üstünlük etdiyini aydınlaşdırmaq müşkül məsələdir. Nəşr özünün məxfi mənbələrinə istinad edərək yazır ki, Almaniya hüquq-mühafizə orqanları tərəfindən ölkədə təqribən 9 min 600 nəfər radikal dindarın yaşadığı dəqiqiləşdirilib. Xatırladaq ki, Berlində baş verən terror olayından sonra Almaniyada radikal dindarlarla bağlı məsələ yenidən aktuallaşıb. “Röyters” agentliyinin məlumatına görə, terror aktının məsuliyyətini “İŞİD” öz üzərinə götürüb. Qeyd edək ki, radikallıqla bağlı məsələ bütün Avropa üçün aktualdır. “Belga” yazır ki, bu gün Belçika ordusunda 50 -dən artıq radikal düşüncəli hərbçi xidmət edir. Həmin hərbçilərin on nəfərə yaxını sələfilərə yaxındır. Qalanları müxtəlif radikal qruplar və neofaşistlərlə bağlıdır. Belçika konstitusiyasına görə, xidmətdə olan əsgər dini və siyasi baxışına görə ordudan azad edilə bilməz. Bir müddət Belçika hərbi kəşfiyyatı ölkə ordusunda miqrantlara nifrətləri ilə seçilən və ənənəvi "Qərb dəyərlərinin" qoruyucusu kimi çıxış edən “Odinanın əsgərləri” təşkilatının 4 üzvünün də xidmət etdiyini müəyyənləşdirib. Qeyd edək ki, Finlandiyada yaranan təşkilat artıq Avropanın 13-dən artıq ölkəsində xeyli tərəfdar toplayıb. Miqrantlara qənim kəsilən təşkilat üzvləri geyim kimi qara ködəkçə, tanınma kimi isə milli bayraq və vikinq rəmzlərindən istifadə edirlər.

Ağasəf Babayev






 
Bölməyə aid digər xəbərlər
23.08.2017
Qətər ilə Türkiyə arasında dəniz xətti açılıb
22.08.2017
Ağ Ev yeni strategiyasını elan etdi: ABŞ dünyada demokratiya üçün ordudan istifadə etməyəcək
22.08.2017
“İŞİD-in axırına az qalıb”
21.08.2017
ABŞ-Cənubi Koreya birgə təlimi nəyə hesablanıb?
21.08.2017
Putin ABŞ-a yeni səfir təyin edib

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Nigar Abdullayeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7170

1 Fransada yaşayan erməni iş adamı: “Ermənistan normal dövlət olmağa layiq deyil”
2 “Hər kəs bacardığı sahədə çalışsa Vətənə daha çox xeyir verə bilər”
3 Prezident DSX-nın hərbi qulluqçularını təltif edib - SİYAHI
4 Pedaqoq-şair Əbüfət İslamın yaradıcılıq dünyası
5 Ərdoğan Azərbaycana gəlir
23.08 11:50 Nefti bahalaşıb
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info