53 mindən çox pirotexniki məmulatlar aşkar edilərək götürülüb
Tarix: 26.12.2016 | Saat: 13:24:00 | E-mail | Çapa göndər
Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bayram günləri ərəfəsində bəzi işbazlar Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydalarını pozmaqla, qaçaqmalçılıq yolu ilə mülki dövriyyəsi məhdudlaşdırılmış, istifadəsi yüksək səs-küylə müşayiət olunan və insan sağlamlığına mənfi təsir göstərən pirotexniki və tezalışan mallar gətirməyə cəhd göstərirlər.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu kimi halların qarşısının alınması məqsədilə respublikamızın gömrük orqanları vaxtaşırı operativ əməliyyat tədbirləri həyata keçirir.
Bu günlərdə Bakı Baş Gömrük İdarəsi Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən “Binə” və “Sədərək” ticarət mərkəzlərində həyata keçirilən əməliyyat tədbirləri nəticəsində külli miqdarda müxtəlif formalı pirotexniki məmulatlar aşkar edilib.
Belə ki, adıçəkilən ticarət mərkəzlərində həyata keçirilən əməliyyat zamanı müxtəlif formalı pirotexniki vasitələrin satışı ilə məşğul olan şəxslərdən ümumilikdə 53 min 200 ədəd bu kimi məhsullar aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
28.03.2017
Səyyar “Asan xidmət” Tovuzda
28.03.2017
Bugünkü hərracda 14 dövlət əmlakı özəlləşdirilib
28.03.2017
Şahbuz və Sədərək rayonlarında şahmat yarışları keçirilib
27.03.2017
Əcnəbilər hər il Azərbaycanda təxminən 6 milyard dollar xərcləyəcəklər
27.03.2017
Məktəblilərin ekskursiyası davam edir

Şərh əlavə olunmayıb



    ,    
Fikrət Yusifov
Aytən
Şəfa Qurbanova
Azər Allahverdiyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5964

1 Mir Cəlal Paşayevin əsərinə çəkilən film Çində qalib oldu
2 Azərbaycan-İsrail əlaqələrinə həsr olunmuş seminar keçirilib
3 Sankt-Petrbruqda keçirilən festivalda Azərbaycan mətbəxi təqdim olunub
4 İtaliya-Azərbaycan Dostluq Dərnəyinin başçısı mükafata layiq görülüb
5 Küveytdə Azərbaycan mədəniyyəti nümayiş olunub
28.03 12:41 Neft bahalaşır
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info