Görkəmli alim Maqsud Əliyev son mənzilə yola salınıb
Tarix: 26.12.2016 | Saat: 17:26:00 | E-mail | Çapa göndər
Dekabrın 26-da respublikamızın tanınmış alimi, Əməkdar Elm Xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi akademik-katibinin müavini, fizika-riyaziyyat elmləri doktoru, professor Maqsud Əliyev son mənzilə yola salınıb.
AZƏRTAC xəbər verir ki, vida mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Mərhumun cənazəsi AMEA-nın binasında matəmsayağı bəzədilmiş salonda postament üzərinə qoyulmuşdu.
Alimin tabutu önünə Azərbaycan Respublikasının Prezidenti adından əklil qoyulmuşdu.
Cənazənin ətrafına hökumət qurumları və müxtəlif kollektivlər adından da əklillər düzülmüşdü.
Salonda həzin matəm musiqisi səslənirdi.
Akademik Maqsud Əliyevin həmkarları, dostları, tanışları, tanınmış elm və mədəniyyət xadimləri axın-axın akademiyanın binasına gəlir, görkəmli alimə və gözəl insana son borclarını verirdilər.
Matəm mitinqini AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verdiyini bildirib.
Akademik A.Əlizadə ölkəmizdə fizika sahəsində mühüm xidmətləri olan görkəmli alim, akademik Maqsud Əliyevin səmərəli elmi fəaliyyətindən, Azərbaycan fizika elminin inkişafına verdiyi töhfələrdən söz açıb. Bildirilib ki, Böyük Vətən müharibəsi iştirakçısı Maqsud Əliyev 1950-ci illərdən fizika elmi üzrə ciddi tədqiqatlara başlayıb, bu sahədə uğurlu nəticələrə nail olub. 1969-cu ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1980-ci ildə həqiqi üzvü seçilib. Yarımkeçiricilər fizikasında öz məktəbini yaradan Maqsud Əliyev qazandığı nailiyyətlərə görə Əməkdar Elm Xadimi fəxri adına, Yusif Məmmədəliyev adına mükafata, həmçinin “Şöhrət” ordeninə layiq görülüb.
Diqqətə çatdırılıb ki, Maqsud Əliyev 400-dən çox elmi əsərin, 30 şəhadətnamə və patentin müəllifi, bir çox elmi şura və komissiyaların üzvü kimi ölkəmizdə intellektual və etik mədəniyyətin inkişafına dəyərli töhfələr verib. Tanınmış alim və pedaqoq, bacarıqlı elm təşkilatçısı və səmimi insan Maqsud Əliyevin zəngin elmi irsi daim yaşayacaq, xalqımıza, elmimizə xidmət edəcək, nəsillərdən-nəsillərə ötürüləcək.
Vida mərasimində AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi vəzifəsini icra edən, akademiyanın müxbir üzvü Nazim Məmmədov, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, akademik Bahadur Tağıyev, AMEA-nın müxbir üzvü Yusif Məmmədov alimlə bağlı xatirələrini bölüşüb, onun zəngin elmi fəaliyyətindən, yüksək mənəvi keyfiyyətlərindən danışıblar.
Mərhumun ailəsi adından çıxış edən Xanlar Həsənov alimin xatirəsinə göstərilən hörmət və ehtirama görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib.
Sonra görkəmli alimin cənazəsi son mənzilə yola salınıb.
Mərhum II Fəxri xiyabanda torpağa tapşırılıb.
Allah rəhmət eləsin!


Mahmud




 
Bölməyə aid digər xəbərlər
23.06.2017
Xalq şairi Xəlil Rza Ulutürkün xatirəsi anılıb
22.06.2017
Şəki “İpək Yolu” festivalında 10-a yaxın ölkənin musiqi kollektivi çıxış edəcək
22.06.2017
“Baku Fashion Club” təşkilatının təqdimat mərasimi olacaq
21.06.2017
Şəki Xan Sarayı və Şəkinin tarixi hissəsi UNESCO-nun Dünya İrsi Siyahısına namizədlərin sırasında
21.06.2017
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Pekində forum işə başlayıb

Şərh əlavə olunmayıb



    ,    
Ülvi Hüseynli
Mübariz Nuriyev
Şəmsi Gülverdi
Aysel İbrahimova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 6807

1 Azərbaycanda etnik, dini dözümlülük mühiti tarixi ənənələrdən bəhrələnən milli siyasətin nəticəsidir
2 BANM-in dekanı: “BANM öz tələbələrinin gələcək karyera imkanlarına böyük əhəmiyyət verir”
3 “Ermənistanın işğalçılıq siyasəti: regionda təhlükəsizlik və humanitar fəlakət”
4 Daxili Qoşunların Şirvandakı hərbi hissəsinin açılışı olub
5 Avropa ölkələri borc bataqlığında
23.06 15:08 Ayaqlar üçün vanna
23.06 12:00 Formula 2 başladı
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info