Dubay polisi süni intellekt xidmətlərindən istifadə edəcək
Tarix: 26.12.2016 | Saat: 17:52:00 | E-mail | Çapa göndər


Dubay polisi mümkün cinayətlərin qarşısını almaq üçün süni intellekt xidmətlərindən istifadə etmək niyyətindədir.
“ICTnews” Elektron Xəbər Xidməti “DNI24” resursuna istinadən yazır ki, şəhər polisi kompüter təlimi funksiyasına malik süni intellekt sistemindən cinayətlərin proqnozlaşdırılması və elit məhəllələr daxil olmaqla daha təhlükəli ərazilərin aşkarlanması üçün tətbiqini planlaşdırır.
“Space Imaging Middle East’s” (SIME) adlanan yeni proqram təminatının iş prinsipi hazırda praktikada tətbiq edilən sistemlərin analoqudur. Kompleks əvvəllər törədilən bütün cinayətlər, o cümlədən onların təkrar törədilməsi və şübhəlilər haqqında əldə olunan informasiyanı toplayaraq təhlil edir. Polis “SIME” proqram təminatının tövsiyələrinə əsaslanaraq cinayət hadisələrinin daha çox baş verə biləcəyi yerlərdə bölmələrin maksimal sayını təmin edə və ya başqa sözlə desək, diqqəti daha təhlükəli ərazilərə yönəldə biləcək.
“SIME” şirkətinin coğrafi informasiya sistemləri şöbəsinin müdiri Dardcilinq Kar proqram kompleksini şərh edərək diqqəti onun cinayətkarların davranışında incə nüansları aşkarlayan unikal alqoritmə malik olmasına yönəldib və bunun təcrübəli polislərin instinkt və bilikləri ilə birlikdə cinayətlərin qarşısının alınmasında qorxulu güc yaradacağını bildirib.
Qeyd edək ki, ABŞ-da oxşar sistemlərdən “Predpol”, “HunchLab” və s. analoji komplekslərin çoxillik mənfi istismarı təcrübəsi ilə əlaqədar istifadə olunmur.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.06.2018
Yemiş yeyəndə tumlarını atmayın
22.06.2018
İllik gəliri milyonları keçən tanınmış həkimlər
21.06.2018
İnsan nəfəsindən xəstəlikləri müəyyən etmək olacaq
21.06.2018
Yemək yeyərkən bunları etməyin!
21.06.2018
Videooyunlardan asılılıq xəstəliklər siyahısına daxil edilib

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9449

1 “Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
2 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
3 Putin Paşinyanı alçaldıb
4 “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” in açılışı olub
5 Estoniyanın ali məktəblərinin qapıları azərbaycanlı tələbələrin üzünə açıqdır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info