İKT-nin inkişafı prioritet sahə elan edilib
Tarix: 26.12.2016 | Saat: 20:37:00 | E-mail | Çapa göndər
Akademik Rasim Əliquliyev:
“AMEA-nın elmi müəssisələrində ixtisas imtahanlarının test üsulu ilə keçirilməsinə dəstək məqsədilə “Elektron Test Sistemi” yaradılıb”

Ölkədə qeyri-neft sektorunun inkişafı ilə əlaqədar həyata keçirilən dövlət proqramları və konkret əməli tədbirlər iqtisadiyyatın diversifikasiyası və yeni sənaye sahələrinin inkişafı üçün geniş imkanlar açmışdır.
İnformasiya kommunikasiya texnologiyalarının (İKT) tətbiqinin səviyyəsi hər bir ölkənin sosial-iqtisadi inkişafı ilə yanaşı, onun intellektual və elmi potensialının, dövlət idarəçiliyində şəffaflığın və səmərəliliyin, həmçinin cəmiyyətin inkişafının əsas göstəricilərindən biri hesab olunur. İnformasiya kommunikasiya texnologiyaları sahəsi prioritet sahə elan edilmişdir. Rabitə və informasiya texnologiyaları sahəsinin isə neft sahəsindən sonra Azərbaycan iqtisadiyyatının ən inkişaf etmiş sektoru olacağı gözlənilir. İnformasiya kommunikasiya texnologiyalarının geniş tətbiqi ölkənin hərtərəfli inkişafına xidmət etməklə yanaşı, informasiya sahəsində milli təhlükəsizliyin təmin olunması baxımından da xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan AMEA İnformasiya Texnologiyaları İnstitutunun fəaliyyəti önəm kəsb edir. AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev rəhbərlik etdiyi elmi müəssisənin il ərzində gördüyü işlərlə bağlı hesabat açıqlayıb. “İKT.az” bildirir ki, institutda 2016-cı il ərzində əldə olunmuş elmi nailiyyətləri diqqətə çatdıran alim informasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodların işlənməsi istiqamətində aparılan araşdırmaları diqqətə çatdırıb. Bildirib ki, il ərzində institut əməkdaşları tərəfindən Big Data və Data mining, bulud (cloud) texnologiyaları, informasiya təhlükəsizliyi, biometrik texnologiyalar, informasiya cəmiyyəti, elektron tibb və elektron elmin formalaşması problemləri, kompüter şəbəkələri, e-kitabxana, informasiya iqtisadiyyatı, terminoloji informatika kimi prioritet istiqamətlər üzrə elmi-tədqiqat işləri aparılıb, əldə olunan nəticələr dünyanın nüfuzlu, impakt faktorlu jurnallarında çap olunub: “Cari ildə institutda mövcud hesablama resursları daxilində Big Data-nın klasterləşdirilməsi üçün yüksək hesablama məhsuldarlığına malik metod təklif olunub, mətnlərin optimal referatının yaradılması üçün riyazi model və adaptiv diferensial evolyusiya alqoritmi işlənib. Həmçinin mətnlərin avtomatik referatlaşdırılması məqsədilə mətndən cümlələrin seçilməsi üçün çoxkriteriyalı optimallaşdırma modeli və onun həlli üçün insan təliminə əsaslanan optimallaşdırma alqoritmi işlənib”.

İnformasiya təhlükəsizliyi insidentlərinin emalı prosesinin kütləvi xidmət modeli işlənib

İnstitut direktoru, həmçinin buludların dinamik federallaşması üçün intellektual agentlər əsasında qeyri-səlis kollaborativ hibrid İntRep adlı reputasiya modelinin təklif edildiyini söyləyib. Qeyd edib ki, bulud texnologiyalarında hesablama resurslarının istifadəçilər arasında optimal paylanması alqoritmi işlənib, bu texnologiyaların yaddaş resurslarından səmərəli istifadə üçün metod təklif edilib. İnstitutda, habelə informasiya təhlükəsizliyi insidentlərinin emalı prosesinin kütləvi xidmət modeli işlənib və müxtəlif prioritetli insidentlərin emalının ehtimal xarakteristikaları müəyyən edilib. Səs nümunələri əsasında dialektlərin avtomatik tanınması üçün akustik əlamətlər əsasında model, insanın irqi və etnik mənsubiyyətinin müəyyən olunmasında istifadə olunan həndəsi əlamətlərin qiymətlərinin əhəmiyyətlilik dərəcəsinin tapılması üçün alqoritm təklif edilib və digər istiqamətlərdə tədqiqatlar aparılıb. Akademik elmi-innovasiya fəaliyyəti çərçivəsində institutun cari ildə iştirak etdiyi dövlət proqramları, Prezident yanında Elmin İnkişafı Fondu, həmçinin Dövlət Neft Şirkətinin Elm Fondu tərəfindən maliyyələşdirilən layihələr, dünyanın nüfuzlu jurnallarının redaksiya heyətində, beynəlxalq konfransların proqram komitələrində təmsilçilik və elmi ekspertiza fəaliyyəti, elektron elmin formalaşması üzrə praktiki fəaliyyət və s. barədə məlumat verib. R.Əliquliyev “AzScienceNet” elm kompüter şəbəkəsi, Viki-Mərkəz, Multimedia Mərkəzi, Olimpia Mərkəzi və institutun “www.ikt.az” saytının fəaliyyəti barədə danışıb, eləcə də 2016-cı ildə institut tərəfindən yaradılmış veb-saytlar barədə məlumat verib.
Doktorant və dissertantlara “Elm informatikası” fənni tədrisi edilir
Alim, institutun Tədris-İnnovasiya Mərkəzində AMEA-da doktoranturaya qəbul və doktorluq imtahanlarının test texnologiyaları əsasında keçirildiyini, AMEA-nın magistratura pilləsində təhsil alanlara ümumi və ixtisas fənlərinin tədrisi, respublika üzrə doktorant və dissertantlara “Elm informatikası” fənninin tədrisi və test imtahanlarının təşkilini və həyata keçirildiyini qeyd edib. Alimin sözlərinə görə, AMEA-nın elmi müəssisələrində ixtisas imtahanlarının test üsulu ilə keçirilməsinə dəstək məqsədilə “Elektron Test Sistemi” yaradılıb. Mərkəzdə distant tədris prosesinin də həyata keçirildiyini bildirən akademik regionların doktorant və dissertantlarının “Elm İnformatikası” fənnindən doktorluq imtahanlarının İnternet üzərindən onlayn şəkildə həyata keçirildiyini diqqətə çatdırıb. Beynəlxalq elmi əməkdaşlıq çərçivəsində görülən işlərdən söz açan R.Əliquliyev 10 beynəlxalq və 38 xarici təşkilatla əməkdaşlıq əlaqələrinin qurulduğunu bildirib. Qeyd edib ki, Avropa üzrə bütün elm və təhsil qurumlarına şəbəkə xidməti göstərən GEANT təşkilatı ilə əməkdaşlıq əlaqələri cari ildə daha da genişləndirilib. Hazırda institut assosiasiyaya daxil olan təşkilatlarla intensiv əməkdaşlıq edir, “AzScienceNet” şəbəkəsinin GEANT4 lahiyəsinə qoşulması istiqamətində işlər aparılır. İl ərzində institut əməkdaşları beynəlxalq və respublika səviyyəli konfranslarda 180 məruzə ilə iştirak edib, müxtəlif elmi jurnallarda 72 məqalə çap etdiriblər. Onların elmi əsərlərinə cari ildə 470 istinad qeydə alınıb. Bundan əlavə, institutda 1 kitab və 4 ekspres-informasiya nəşr olunub. R.Əliquliyev, həmçinin 2016-cı ildə institutda həyata keçirilən elmi-təşkilati fəaliyyət, institutun maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülmüş işlər haqqında məlumat verib. Bildirib ki, institutun təşkilatçılığı ilə “Big Data: imkanları, multidissiplinar problemləri və perspektivləri”, “E-kitabxanaların formalaşması problemləri”, “Elektron tibbin multidissiplinar problemləri”, “İnformasiya kommunikasiya texnologiyalarının tətbiqi” (AICT 2016) , “Riyaziyyatın tətbiqi məsələləri və yeni informasiya texnologiyaları” konfransları keçirilib. İnstitut direktoru qeyd etdi ki, hesabat ilində institut əməkdaşları “World eBook Library” və “Global e-Journals Library” kimi elektron kitabxanalarından istifadə imkanı əldə edib.
A.Miriyev




 
Bölməyə aid digər xəbərlər
20.10.2017
Ermənistanın Dağlıq Qarabağ yalanları BMT-də növbəti dəfə ifşa olunub
19.10.2017
“Azərbaycanın suverenliyinə hörmət edilmədən münaqişənin tənzimlənməsi mümkün ola bilməz”
18.10.2017
“Minsk qrupu həmsədrlərindən xarici işlər nazirləri səviyyəsində görüşün keçirilməsi üzrə təklif var”
17.10.2017
Cenevrə görüşü Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinə necə təsir edə bilər?
16.10.2017
ABŞ Helsinki Komissiyasının keçirəcəyi dinləmələrin arxasında nə dayanır?

Şərh əlavə olunmayıb



    ,    
Ilkin Mustafayev
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7530

1 Özbəkistanda yaşayan azərbaycanlı güləşçi 3-cü dəfə dünya çempionu olub
2 “Həyat 50 yaşdan sonra başlayır”
3 Azərbaycan Prezidenti Ərdoğanın dəvəti ilə Türkiyəyə səfərə gedib
4 “Azərbaycan nigeriyalılar üçün çox cazibədar ölkədir”
5 İdmançı enerjisini öz yetirmələrinə verən məşqçi
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info