Suriyadakı “qırmızı xətt” keçiləcəkmi?
Tarix: 26.12.2016 | Saat: 20:42:00 | E-mail | Çapa göndər
Türkiyə ordusunun Əl-Babı azad etməsindən sonra qarşıda Hələb dayanacaq və o istiqamətə irəliləyiş toqquşmanı labüd edir. Əl-Babla Hələb arasındakı məsafə, sadəcə, 40-50 km-dir və artıq Hələbə uzanan yol Türkiyənin nəzarətinə keçib
Suriyada antiterror əməliyyatları həyata keçirən Türkiyə ordusu strateji əhəmiyyətə malik olan Əl-Babı ələ keçirmək üzrədir. Əl-Bab şəhərinin mərkəzində yerləşən “İŞİD”-in əsas mərkəzlərinə endirilən zərbələr nəticəsində çoxlu terrorçu məhv edilib. “İŞİD” buna cavab olaraq qaçırılımış iki türk əsgərinin öldürülməsi ilə bağlı görüntülər yayımladı. Amma siyasi-hərbi dairələr Suriyada Türkiyə ilə Bəşər Əsədə bağlı ordunun toqquşması ehtimalının güclənməsi ilə bağlı xəbərdarlıq edirlər.
Məlumdur ki, Suriya ordusu Rusiyanın yardımı ilə Hələbi terrorçulardan azad edib. Hələbdə humanitar fəlakət yaşanmasına baxmayaraq, Türkiyə-Rusiya razılaşmasına uyğun olaraq dinc sakinlər oradan çıxarılır. Hələlik bu razılaşmanın, ələlxüsus da Moskvada keçirilən Rusiya-Türkiyə-İran görüşündə hansı qapalı razılığın olması bəlli deyil. Putinin təklifi ilə Astanada Suriya ilə bağlı görüşün keçirilməsi də planın tərkib hissəsidir. Narahatlıq yaradan məqam Əsəd ordusunun Hələbi azad etməsindən sonra Əl-Babı tamamilə terrorçulardan azad etməsi gün məsələsi olan Türkiyə ordusunun üz-üzə qalacağıdır. Türkiyə ordusunun Əl-Babı azad etməsindən sonra qarşıda Hələb dayanır və o istiqamətə irəliləyiş toqquşmanı labüd edir. Əl-Babla Hələb arasındakı məsafə, sadəcə, 40-50 km-dir. Hazırda Əl-Babdan Hələbə uzanan yol Türkiyənin nəzarətinə keçib. Toqquşma ehtimalını artıran məsələlərdən biri də Suriya ordusu ilə Türkiyə ordusunun keçirdiyi əməliyyatların koordinasiya olunmamasıdır. Bu məsələdə həlledici rolu Rusiya oynayacaq. Moskva Suriya-Türkiyə toqquşmasının qarşısını ala biləcəkmi? Rusiyanın Federasiya Şurasında hesab eldirlər ki, Ankara Suriyada antiterror əməliyyatları həyata keçirir və ona görə də “qırmızı xətt”i keçməməlidir. Federasiya Şurasının Müdafiə və təhlükəsizlik komitəsinin sədr müavini Franç Klinçeviç “İzvestiya” nəşrinə bildirib ki, hərbi toqquşma ehtimalı yüksəkdir: “Türkiyənin “İŞİD”-ə qarşı mübarizəsi beynəlxalq terrorizmə qarşı mübarizəyə böyük köməkdir. Amma məsələnin başqa tərəfi odur ki, Türkiyə ordusunun başqa suveren dövlətin ərazisində olmasına rəsmi Dəməşq razılıq verməyib. Bu isə öz növbəsində müəyyən təhdidlər yaradır”. Suriya parlamentinin üzvü Camal Rabia bildirib ki, Dəməşq prosesləri diqqətlə izləyir: “Rəsmi Dəməşq hər şeyə hazırdır, lazım gəlsə, hərbi yolla müqavimət göstəriləcək”. Amma Ankara-Moskva xəttində olan yaxınlaşma mümkün toqquşmanın qarşısını ala bilər. Suriya ordusunun briqada generalı Əli Maqsud “İzvestiya” nəşrinə bildirib ki, Suriya ərazisində əməliyyat keçirən Türkiyə bununla həm də öz xalqına mesaj verir ki, sərhədlərinin yaxınlığında PKK-nın olmasına, onların dövlət yaratmaq istəyinə imkan verməyəcək: “Digər tərəfdən biz görürük ki, son vaxtlar Ankara ilə Moskva arasında yaxınlaşma var. Moskvada keçirilən son Türkiyə-Rusiya-İran görüşündə də Suriya münaqişəsinin danışıqlar yolu ilə həlli ilə bağlı ümumi razılıq əldə edilib. Buna baxmayaraq elə sərhədlər var ki, onlar gərək keçilməsin. Suriya ordusuna zərbə endirmək həmin “qırmızı xətt”lərdən biridir”.
Anar Miriyev







 
Bölməyə aid digər xəbərlər
13.12.2017
Azərbaycan-Vatikan əlaqələrinin dair fikir mübadiləsi aparılıb
13.12.2017
ABŞ-da Heydər Əliyevin xatirəsinə həsr olunmuş xeyriyyə aksiyası keçirilib
12.12.2017
Ulu öndər Heydər Əliyevin xatirəsi Stokholmda anılıb
12.12.2017
İraq üzərindən uçuşları bərpa edilib
12.12.2017
Təbrizdə ümummilli liderin anım mərasimi keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7916

1 100 ilin Çağdaş Parlamenti
2 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
3 Müəllimlər işə dəvət olunur
4 Quba “ASAN həyat” kompleksinin açılışı olub
5 “ArmenianReport”: “Ermənistanda zəlzələ qurbanları 29 ildir çadırlarda siçovullarla birgə yaşayırlar”


14.12 01:07 Bakıda yanğın olub
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info