Asiya Parlamenti yaradılması təklif olunub
Tarix: 05.04.2013 | Saat: 22:38:00 | E-mail | Çapa göndər


Bakıda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) qadın qolu təsis olunaraq onun 1-ci iclası öz işinə başlayıb. İclasa Yeni Azərbaycan Partiyasının üzvü, deputat Məlahət İbrahimqızı sədrlik edib.
İCAPP həmsədri Xose De Venesia çıxışında bildirib ki, məhz Azərbaycanın səyləri nəticəsində qurumun qadın qolu yaradılıb və Azərbaycanın siyasi liderliyi nəticəsində İCAPP gənclər təşkilatı da yaradılıb. O qeyd edib ki, İCAPP qadın qolundan böyük gözləntilər var: “Asiya qadınları yoxsulluğa, terrora, korrupsiyaya qarşı mübarizəyə, ekoloji problemlərin həllinə liderlik etməlidir”. X. De Venesia deyib ki, hazırda qurumun məqsədi Türkiyə vasitəsilə İCAPP Avropa qolunu yaratmaqdır. O, Asiya Parlamentinin yaradılmasının təklif olunduğunu bildirib: “Bu təşəbbüs bütün Asiya ölkələrinin mövqeyidir və parlamentin yaradılması Asiya ölkələrini başqa qüvvələrdən asılılıqdan qurtaracaq. YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov isə bəyan edib ki, qadınların siyasi iştirakçılığı siyasətə yeni bir baxış gətirəcək: “Qadınların siyasətdə iştirakçılığının artması ilə siyasət daha humanist xarakter alar və insansevər olar. Qadınlar heç zaman kimlərəsə qarşı birləşmir, onlar daha bəşəri məsələlər ətrafında birləşir. Qadınların siyasi iştirakçılığı ilə bəşəriyyət bir çox müharibədən qurtula bilər". Milli Məclisin sədr müavini Bahar Muradova isə bildirib ki, Azərbaycan İCAPP-a üzv olduqdan sonra öz təşəbbüskarlığı ilə seçilir və qurumun qadın qolunun Azərbaycanda yaranması da təsadüfi deyil. B. Muradova qeyd edib ki, Azərbaycanda bu ilin yay aylarında İCAPP gənclər festivalı da keçiriləcək. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycanda müxtəlif dövlət orqanları, biznes strukturlarında qadınların xüsusi fəaliyyəti ilə seçildiklərini söyləyib. Daha sonra iclas üzv ölkələrin partiya nümayəndələrinin çıxışı ilə davam edib.
CAVİDAN




 
Bölməyə aid digər xəbərlər
02.07.2020
Prezident: Avropa İttifaqının Şərq-Qərb nəqliyyat dəhlizinə marağı artmaqdadır
02.07.2020
Prezident: Pandemiya şəraitində ölkələr arasında və beynəlxalq təşkilatlar çərçivəsində həmrəylik və əməkdaşlıq vacibdir
02.07.2020
Azərbaycan Prezidenti: Ölkəmiz Avrasiyanın yeni önəmli nəqliyyat-logistika mərkəzlərinin birinə çevrilmişdir
02.07.2020
Prezident: Azərbaycanda nəqliyyat sektoruna qoyulmuş böyük investisiyalar sayəsində müasir nəqliyyat və logistika infrastrukturu yaradılmışdır
02.07.2020
Metro və ictimai nəqliyyatın fəaliyyəti dayandırılır

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11542

1 Birinci vitse-prezident Mehriban Əliyeva hərbi qulluqçuları və veteranları Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib
2 İyulun 1-dən Rusiyanın 67 bölgəsi turist qəbul edəcək
3 Litvanın Birştonas şəhərində tar, kamança, qaval büstü qoyulacaq
4 “Dünyamızı qoruyaq: Türk dünyasının adət - ənənələri“
5 Ev şəraitində Xan kababı-VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info