Uşaq evlərini bitirən gənclər üçün yeni yaşayış binası istifadəyə verilib
Tarix: 26.12.2016 | Saat: 21:16:00 | E-mail | Çapa göndər
Abşeron rayonunun Masazır qəsəbəsində valideyn himayəsindən məhrum olan və uşaq evlərini bitirən gənclərin yerləşdirilməsi üçün 120 mənzildən ibarət daha bir binanın açılışı olub. Mərasimdə iştirak edən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 120 mənzillik başqa bir binanın da təməlini qoyub.
Heydər Əliyev Fondunun təşəbbüsünə qoşulan Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin həyata keçirdiyi böyük sosial əhəmiyyətli layihələrdən biri yetkinlik yaşına çatdıqdan sonra internat evlərini tərk edən kimsəsiz məzunların yerləşdirilməsi üçün yaşayış binasının tikilməsidir. Uşaq evlərinin məzunu olan gənclər üçün Masazır qəsəbəsində salınan yaşayış massivində 2014-cü ilin dekabrında Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə ilk 13 mərtəbəli, 120 mənzilli binanın açılışı olub. Geniş infrastruktur işlərinin görüldüyü ərazidə bu il daha bir bina tikilərək istifadəyə tam hazır vəziyyətə gətirilib. Məlumat verilib ki, iki blokdan ibarət binadakı mənzillərin hamısı yüksək səviyyədə təmir olunub, mebel və digər inventarla, o cümlədən mətbəx avadanlığı və yataq dəstləri ilə təchiz edilib. Binada körpələr evi, mərasim və digər tədbirlər üçün zallar yaradılıb. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva binanın rəmzi açılışını bildirən lenti kəsib. Uşaq evlərindən məzun olan gənclərin mənzillə təmin edilməsi və onların məşğulluğunun artırılması Heydər Əliyev Fondunun həyata keçirdiyi çoxsaylı layihələr sırasında mühüm yer tutur. Bununla da Azərbaycanın birinci xanımı Mehriban Əliyeva cəmiyyətdə çoxdan bəri mövcud olan narahatlığa son qoyur. Çoxdandır həllini gözləyən uşaq evlərindən məzun olan gənclərin sonrakı taleyi ilə bağlı ictimai narahatlıq məhz Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə aradan qaldırılır. Ötən illərdə paytaxtın müxtəlif yerlərində Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilən bu cür mənzillər Azərbaycan vətəndaşına, onun problemlərinin həllinə yönələn möhtəşəm layihə olmaqla yanaşı, həm də birinci xanımın sosial müdafiəyə daha çox ehtiyacı olan insanlara, xüsusilə də uşaq evlərindən çıxmış gənclərə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Bu fikir yeni mənzilin sahibləri olan qızlarla görüşdə də dilə gətirildi. Qızlar Azərbaycanın birinci xanımına gördüyü işlərə, hər zaman onlara dəstək verdiyinə görə təşəkkür ediblər. Bu mənzillərin onlar üçün Yeni il ərəfəsində ən gözəl hədiyyə olduğunu deyiblər. Sonra Mehriban Əliyeva ərazidə sayca üçüncü 120 mənzilli, 13 mərtəbəli binanın təməlini qoyub. İnşa olunacaq binanın birinci mərtəbəsində uşaq bağçasının yerləşdirilməsi nəzərdə tutulub. Böyük sosial əhəmiyyəti olan bu layihənin icrası nəticəsində uşaq evlərini bitirən gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün binada trenajor, stolüstü tennis və internet zalları fəaliyyət göstərir. Qeyd edilən xidmət sahələrində də məzunların özləri çalışır ki, bu da onların işlə təmin olunmasında mühüm rol oynayır. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Xəzər rayonunun Binə qəsəbəsində yeni istifadəyə verilən 343 nömrəli körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə də tanış olub.




 
Bölməyə aid digər xəbərlər
12.12.2017
“Ölkəmiz “Expo-2025”-in keçiriləcəyi məkan kimi seçilsə, bu tədbir də yüksək hazırlığı ilə yadda qalacaq”
12.12.2017
Biləsuvarda ümummilli liderin xatirəsi yad edilib
12.12.2017
Şimal bölgəsində keçirilən anım mərasimlərində izdiham yaşanıb
12.12.2017
Naxçıvanda Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib
11.12.2017
Belarusun nümayəndə heyəti Qəbələyə səfər edib

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7909

1 100 ilin Çağdaş Parlamenti
2 Müəllimlər işə dəvət olunur
3 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
4 Ramiz Mehdiyev Mikayıl Cabbarovu kollektivə təqdim edib
5 Quba “ASAN həyat” kompleksinin açılışı olub


12.12 13:02 Neft bahalaşıb
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info