Polşa XİN: “Azərbaycan Polşa üçün Cənubi Qafqazda çox mühüm tərəfdaşdır”
Tarix: 27.12.2016 | Saat: 11:44:00 | E-mail | Çapa göndər
Polşa Azərbaycanla bütün sahələrdə ikitərəfli əlaqələrin intensivləşdirilməsində maraqlıdır, çünki Azərbaycan Polşa üçün Cənubi Qafqazda çox mühüm tərəfdaşdır. 
 
Bu barədə Polşa Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir.
 
Qeyd olunub ki, Polşa Avropa ilə Çini birləşdirən yolda yerləşən Azərbaycanda böyük nəqliyyat və sənaye mərkəzlərinin yaradılmasında maraqlıdır: “Polşa ilə Azərbaycan arasında əməkdaşlıq Xəzər dənizi komponenti də daxil olmaqla, ABC-yəni Adriatik, Baltik və Qara dəniz əməkdaşlıq konsepsiyasına uyğundur. Polşa Avropaya qaz təminatı resurslarının diversifikasiyasının artırılmasına təkan verəcək Cənub Qaz dəhlizi layihəsini dəstəkləyir. Biz həmçinin TAP və TANAP layihələrinin həyata keçirilməsi də daxil olmaqla, bu istiqamətdə işlərin aparılmasında maraqlıyıq. Polşa Xəzər regionundan qaz almaq imkanından yararlanmaqda maraqlıdır. Bizim region çox böyük idxal potensialına və inkişaf etməkdə olan qaz bazarına malikdir". 
 
Polşa XİN-dən həmçinin bildiriblər ki, iki ölkə arasındakı  əməkdaşlığın prioritet sahələri kənd  təsərrüfatının inkişafı, ətraf mühitin qorunması və məcburi köçkünlərə dəstəkdir.

 
Nazirlikdən gələn il Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovun Polşaya, Polşanın xarici işlər naziri Vitold Vaşikovskinin isə Azərbaycana səfərinin nəzərdə tutulduğu də bildirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
27.02.2017
Ermənistan döyüş meydanından meyitlərin çıxarılması barədə razılığı pozub 
27.02.2017
İlham Əliyevin İslam həmrəyliyi təşəbbüsü müsəlman dünyasına xoş bir çağırışdır
24.02.2017
“Məruzə Azərbaycana qarşı təzyiq gözləntisində olanların bütün ümidlərini puç etdi”
24.02.2017
Fransa parlamentində ermənipərəst qüvvələrin Azərbaycana qarşı təxribatı iflasa uğradı
24.02.2017
“Ermənilər yüz ildən çoxdur ki, türk toplumuna qarşı kin-küdurətlə yaşayırlar”

Şərh əlavə olunmayıb



    ,    
Azər Allahverdiyev
Aydan Abdullayeva
Pərviz Məmmədov
Səbinə Novruzzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5566

1 “Gənclərimiz artıq boş vaxtlarından səmərəli yararlanmağı bacarırlar”
2 Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib
3 Sözün bədii və poetik ifadəsi bitmir
4 “Azərbaycan Cocuq Mərcanlını bərpa etməklə işğalçı Ermənistana nümunə göstərəcək”
5 Ad gününə dörd gün qalmışdı
24.02 19:50 “Şuxi“ salatı
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info