Mədəniyyət və Turizm Nazirliyi 2016-cı ilə yekun vurub
Tarix: 27.12.2016 | Saat: 12:32:00 | E-mail | Çapa göndər
Dekabrın 27-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi Aparatının işçiləri və nazirliyin strukturuna daxil olan qurumların rəhbər şəxslərinin iştirakı ilə 2016-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev gündəlikdə 6 məsələnin yer aldığını bildirib.
Qeyd edib ki, nazirlik tərəfində ilin yekunlarını əhatə edən 70 səhivəlik təqdimat hazırlanıb və bu sənəddə hər şey öz əksini tapıb.
Nazir məruzəsində 2016-ci ildə ölkəmizdə keçirilən möhtəşəm tədbirlərdən, mədəniyyətin, turizm imkanlarının təbliği istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən, əldə olunan nailiyyətlərdən ətraflı söz açıb.
Bildirib ki, mədəniyyət abidələrimizin, milli irs nümunələrimizin UNESCO-nun müvafiq siyahılarında yer alması olduqca təqdirəlayiq haldır. Bu, mədəni dəyərlərimizin qlobal miqyasda qəbulu, tanınması baxımından böyük əhəmiyyət daşıyır. Bu il həm də UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində keçirilən 11-ci sessiyasında xalqımızın daha bir irs nümunəsi - Lavaş çörəkbişirmə ənənəsi bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi ilə yadda qaldı. Azərbaycan muğamına, aşıq sənəti və xalçaçılığına, tar ifaçılığına və digər irs nümunələrinə UNESCO səviyyəsində diqqət ayrılması ölkəmizin bu mötəbər beynəlxalq təşkilatla sıx əlaqələrinin göstəricisidir.
Azərbaycanda mədəniyyət, incəsənət xadimlərinə göstərilən diqqət və qayğıdan söz açan nazir deyib ki, ötən illərdə olduğu kimi 2017-ci ildə də görkəmli mədəniyyət xadimlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində işlər görüləcək. Belə ki, yeni ilin ilk aylarında Bakıda böyük Azərbaycan bəstəkarı və dirijoru Niyazinin heykəlinin açılışı olacaq. Eyni zamanda, bir sıra xarici ölkələrdə də Azərbaycanın görkəli mədəniyyət adamlarının abidəsi ucaldılacaq.
Diqqətə çatdırılıb ki, il ərzində Bakıda mədəniyyətlərarası dialoqa, inteqrasiya və mədəni müxtəlifliyin qorunmasına xidmət edən beynəlxalq tədbirlər təşkil olunub. Bu tədbirlər ölkə başçısı tərəfindən elan edilmiş "Multikulturalizm ili"nə böyük töhfələır verib.
Nazir qeyd edib ki, turizmlə bağlı həyata keçirilən siyasət, bu sahədə reallaşan layihələr Azərbaycanda turizmin inkişafına öz təsirini göstərir. Ölkəmiz bu il də beynəlxalq turizm sərgilərində, konfrans və toplantılarda uğurla təmsil olunub.
Məruzədə teatr, kinematoqrafiya sahəsi, muzey, kitab nəşri və kitabxana işinin inkişafını səciyyələndirən amillərdən bəhs edilib.
Əbülfəs Qarayev bildirib ki, 2017-cı ildə Mədəniyyət və Turizm Nazirliyi üçün əsas prioritet məsələ "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"ndə qarşıya qoyulmuş hədəflərə çatmaqdain ibarət olacaq. Bu böyük və məsuliyyətli işin öhdəsindən gəlmək üçün bütün qüvvəmizi səfərbər edəcəyik.
Sonda kollegiyanın üzvlərinin müəyyən qeydləri nəzərə alınmaqla Mədəniyyət və Turizm Nazirliyinin 2017-cı ilin birinci yarımillik iş planı təsdiq edilib.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
23.08.2017
Xalq artisti Şahmar Ələkbərovun anadan olmasından 74 il ötür
23.08.2017
Bu il Azərbaycanda 7 beynəlxalq sərgi keçiriləcək
22.08.2017
Moskvada musiqi və texnologiyalar festivalı təşkil ediləcək
22.08.2017
“Big Bubble əməliyyatı” uşaqların zövqünü oxşayacaq bir film olacaq”
22.08.2017
Xalça Muzeyində “Vüsal körpüsü” adlı tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Nigar Abdullayeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7170

1 Fransada yaşayan erməni iş adamı: “Ermənistan normal dövlət olmağa layiq deyil”
2 “Hər kəs bacardığı sahədə çalışsa Vətənə daha çox xeyir verə bilər”
3 Prezident DSX-nın hərbi qulluqçularını təltif edib - SİYAHI
4 Pedaqoq-şair Əbüfət İslamın yaradıcılıq dünyası
5 Ərdoğan Azərbaycana gəlir
23.08 11:50 Nefti bahalaşıb
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info