Ekologiya və təbii sərvətlər naziri Zərdabda vətəndaşları qəbul edib
Tarix: 27.12.2016 | Saat: 13:03:00 | E-mail | Çapa göndər
Dekabrın 27-də ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Zərdab şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Zərdab, Bərdə, Tərtər, Ucar, Xocavənd və Laçın rayonlarının sakinləri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının rəhbərlərinin iştirak etdiyi qəbulda ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, geologiya, hidrometeorologiya, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı 30-dan çox vətəndaşın müraciətinə baxılıb.
Qəbul zamanı nazir vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi üçün müvafiq struktur rəhbərlərinə konkret tapşırıqlar verib. Vətəndaşları narahat edən məsələlərin bir qismi elə yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər isə operativ şəkildə araşdırılması üçün nəzarətə götürülüb.
Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.01.2017
Bakı Atatürk Liseyində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
19.01.2017
“Dünya İqtisadi Forumunun siyasi və iqtisadi dividendləri Azərbaycan üçün çox vacibdir”
19.01.2017
20 Yanvar-istiqlal mübarizəmizin faciə və qəhrəmanlıq səhifəsi
19.01.2017
“Şəhidlər unudulmaz, hər zaman anılar” adlı şeir müsabiqəsinin qalibləri müəyyənləşib
19.01.2017
“İslam İnkişaf Bankının tərəfdaş ölkələrə dəstək verməsi əsas hədəflərindəndir”

Şərh əlavə olunmayıb



    ,    
Pərviz Məmmədov
Səbinə Novruzzadə
Tural Tağıyev
Sara ƏLİYEVA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5190

1 “Kəşfim laboratoriyamız və fakültəmiz üçün yüksək uğur kimi qiymətləndirildi”
2 Ər-Riyad xəstəxanasında çalışan azərbaycanlı həkim: “Bir gün Azərbaycana qayıdıb uşaq cərrahiyyəsini inkişaf etdirmək istəyirəm”
3 Azərbaycan nefti kəskin bahalaşıb
4 Hollandiyada 20 Yanvar şəhidlərinə həsr olunan açıq dərs keçirilib
5 Astanada 20 Yanvarla bağlı fotosərgi keçirilib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info