Mahmud Vaezi: “İran Naxçıvana investisiyaları təşviq edir”
Tarix: 27.12.2016 | Saat: 13:30:00 | E-mail | Çapa göndər
Azərbaycanda səfərdə olan İranın rabitə və kütləvi kommunikasiyalar naziri Mahmud Vaezi hər iki ölkənin sahibkarlarını Naxçıvan Muxtar Respublikasına investisiya qoymağa çağırıb.
Trend-ə müsahibə verən iranlı nazir bu səfərin ölkələr arasında ticarət əlaqələrinin möhkəmlənməsinə yönəldiyini bildirib.
Nazir investisiyalarla bağlı məsələləri müzakirə etmək üçün muxtar respublikaya səfər edəcəyini qeyd edib. O deyib ki, Naxçıvan geniş ticarət imkanlarına malikdir.
M.Vaezi İranın müxtəlif sahələrdə, o cümlədən qaz tədarükü, nəqliyyat və səhiyyə sahələrində Naxçıvanla əməkdaşlığı fəallaşdırmağa hazır olduğunu deyib.
Onun sözlərinə görə, səfər zamanı Ordubadda Araz çayı üzərindən bəndin tikilməsi layihəsinin müzakirəsi nəzərdə tutulur.
Qeyd edək ki, İranın rabitə və kütləvi kommunikasiyalar naziri M.Vaezi iqtisadi, ticarət və humanitar məsələlər üzrə Azərbaycan-İran hökumətlərarası komissiyasının 11-ci iclasında iştirak etmək üçün Bakıya gəlib.




 
Bölməyə aid digər xəbərlər
17.10.2017
“Sarkisyan danışıqlar zamanı əldə olunan razılaşmanı pozmağı özünə şərəf sayır”
17.10.2017
Şahin İsmayılov Parlamentlərarası İttifaqın 137-ci Assambleyasında çıxış edib
17.10.2017
Smit və Yaqland: erməni təxribatının iki üzü
17.10.2017
BMT baş katibi prezidentlərin Cenevrə danışıqlarını alqışlayıb
17.10.2017
Azərbaycan, Gürcüstan və Türkiyə hərbi əməkdaşlığının perspektivləri müzakirə olunub

Şərh əlavə olunmayıb



    ,    
Ilkin Mustafayev
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7502

1 Özbəkistanda yaşayan azərbaycanlı güləşçi 3-cü dəfə dünya çempionu olub
2 “Diaspor təşkilatları Qarabağ münaqişəsinin təbliğində yeni üsullardan istifadə etməlidirlər”
3 Yeni ictimai birlik fəaliyyətə başlayıb
4 Təşəbbüskarı İlham Əliyev olan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi reallaşdı
5 “Zavod və fabriklərin rayonlarda da açılması universitetlərin məsuliyyətini daha da artırır”
17.10 12:18 Rizə küftə
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info