Vətəndaşlar tərəfindən 1500-ə yaxın tarixi eksponat könüllü şəkildə muzeylərə hədiyyə edilib
Tarix: 27.12.2016 | Saat: 13:34:00 | E-mail | Çapa göndər
Naxçıvan şəhərində Cəlil Məmmədquluzadənin ev-muzeyinə şəhər sakini, təqaüdçü müəllim Rafiq Qasımov tərəfindən qədim mədəniyyətimizi və tariximizi əks etdirən, 1888-ci ilə aid, kənarları taxta və oyma işləməli bir ədəd güzgü, ayaqları oyma işləməli güzgü altlığı və dairəvi taxta masa təqdim olunub.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar Cəlil Məmmədquluzadənin ev-muzeyində keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova qədim diyarda tariximizin, mədəniyyətimizin, adət-ənənələrimizin qorunub gələcək nəsillərə çatdırılması, təbliği istiqamətində ardıcıl iş görüldüyünü bildirib. Qeyd edib ki, bu gün Naxçıvan Muxtar Respublikasında 29 muzey və muzeytipli müəssisə fəaliyyət göstərir. Burada xalqımızın tarixini, həyat tərzini, adət-ənənələrini özündə əks etdirən 112 mindən çox maddi-mədəniyyət nümunəsi qorunub saxlanılır.
Diqqətə çatdırılıb ki, son illər muzeylərimizi ziyarət edənlərin sayı əhəmiyyətli dərəcədə artıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına əsasən, muxtar respublikanın nazirlik, komitə və təşkilat kollektivlərinin mütəşəkkil şəkildə muzeylərə ziyarətləri təşkil olunur. Elə təkcə 2016-cı ilin ötən dövründə 28 min 925 nəfər muzeyləri ziyarət edib.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tariximizin və mədəniyyətimizin yaşadılması istiqamətində işini günün tələbləri səviyyəsində qurmağa çalışdığını qeyd edən nazir bildirib ki, son bir ildə nazirlik tərəfindən muzeylərimiz üçün maddi-mədəniyyət nümunələrinin toplanması işi xüsusi diqqətdə saxlanılıb və bu işdə muxtar respublika sakinləri yaxından kömək göstərirlər.
Natəvan Qədimova deyib: “Təkcə 2016-cı ildə muzeylərə 1500-ə yaxın yeni eksponat daxil olub ki, bu eksponatlar da vətəndaşlar tərəfindən könüllü şəkildə muzeylərə hədiyyə edilib. Bu tədbirlərin davamı olaraq bu gün Cəlil Məmmədquluzadənin ev-muzeyinə toplaşmışıq. Son illərdə, bütövlükdə, tariximizə, mədəniyyətimizə göstərilən dövlət qayğısının nəticəsidir ki, maddi-mədəniyyət nümunələrinin toplanması işində vətəndaşlarımız bu cür səy göstərirlər”.
Rafiq Qasımov vurğulayıb ki, bu gün muzeylərin eksponatlarla zənginləşdirilməsi, yeni muzeylərin yaradılması istiqamətində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən həyata keçirilən tədbirlər minnətdarlıqla qarşılanır. Bu tədbirləri ürəkdən dəstəkləyən, alqışlayan muxtar respublika sakinləri mədəni irsimizin qorunması işinə öz töhfələrini verməyə çalışırlar. Son vaxtlar qədim məişət əşyalarının muzeylərə təqdim edilməsi də bunu bir daha sübut edir. O, muxtar respublika sakinlərini maddi-mədəniyyət nümunələrinin toplanmasında daha fəal iştirak etməyə çağırıb.
Tarixi əşyaları muzeyə təqdim etdiyinə görə kollektiv adından Rafiq Qasımova minnətdarlıq edən Cəlil Məmmədquluzadənin ev-muzeyinin direktoru Aytən Ələkbərova bildirib ki, tarixi eksponatların muzeylərimizə verilməsi zəngin mədəni irsimizin qorunub yaşadılmasına və gələcək nəsillərə çatdırılmasına xidmət edir.
Sonda tədbir iştirakçıları muzeyin ekspozisiyası ilə tanış olublar.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
23.06.2017
Hüseyn Bağırov Balakəndə vətəndaşları qəbul edəcək
23.06.2017
Baş Klinik Hospital: Aprel döyüşlərində yaralanan hərbçi Türkiyəyə aparılacaq
22.06.2017
Heydər Əliyev Fondu tərəfindən Nəsimi rayonunda aztəminatlı ailələrə bayram sovqatları paylanılıb
22.06.2017
Səhiyyə naziri tapşırıqlar verdi
22.06.2017
Azərbaycan dörd ölkəyə yardım edib

Şərh əlavə olunmayıb



    ,    
Ülvi Hüseynli
Mübariz Nuriyev
Şəmsi Gülverdi
Aysel İbrahimova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 6770

1 “Ruhuma daha yaxını müəllimlikdir”
2 BANM-in dekanı: “BANM öz tələbələrinin gələcək karyera imkanlarına böyük əhəmiyyət verir”
3 “Uşaqların sevgisi məni bu ucqar kənd məktəbinə bağladı”
4 Qurtuluş dastanından Əlincə zirvəsinə
5 İtalyan jurnalist Simon Zapellaro: “Hamı Ermənistandan qaçır”
23.06 15:08 Ayaqlar üçün vanna
23.06 12:00 Formula 2 başladı
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info