Əcnəbilər üçün “Azərbaycan dili” dərsliyi
Tarix: 27.12.2016 | Saat: 13:54:00 | E-mail | Çapa göndər
Bu, ölkəmizdə bir ilk və dərslik sahəsində yenilik sayıla bilər

Bakı Dövlət Universitetinin təcrübəli müəllimlərinin həmmüəllifliyi  ilə əcnəbi vətəndaşlar üçün hazırlanmış yeni “Azərbaycan dili” dərsliyi (Bakı, 2016) işıq üzü görüb. Bu ilk dəfə kommunikativ metodla əcnəbi vətəndaşlar üçün hazırlanmış dərslik hesab oluna bilər. BDU-nun xarici tələbələrlə iş üzrə dekanı, dosent Gülheyran Rəhimova, alman və fransız dilləri kafedrasının müdiri dosent Elmira Fərəcullayeva, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosenti Məhbubə Qurbanova, Azərbaycan dilçiliyi kafedrasının dosenti Reyhan Həbiblinin həmmüəllifliyi ilə hazırlanmış dərslik təkcə nəfis tərtibatı ilə yox, həm də innovatik strukturu, müasir təlim və tədris metodları əsasında hazırlanması ilə diqqəti cəlb edir. Kitabın həmmüəlliflərindən biri, BDU-nun alman və fransız dilləri kafedrasının müdiri, dosent Elmira Fərəcullayeva müxbirimizlə söhbətində kitabın az bir zaman kəsiyində böyük maraq döğurduğunu bildirmiş və bu nəfiş nəşrin həyata vəsiqə almasında SOCAR rəhbərliyinin qayğısını xüsusi qeyd edib.
Müasir standartlara cavab dərslik yeni kommunikativ metodla hazırlanıb. Kitab müəlliflərinin uzun illər boyu bu sahədə qazandığı təcürbələr də göstərir ki, Azərbaycan dilinin bu üsulla tədrisi təkcə dilin öyrənilməsinə deyil, həm də Azərbaycanın tarixi və mədəniyyəti ilə tanışlığa da geniş imkan yaradır. Bu cür təqdimat öz növbəsində dilin mənimsənilməsini xeyli dərəcədə asanlaşdırır.
Kitabın sonunda Azərbaycan dilinin qrammatikasının ayrıca verilməsi dərsliyin daha bir orijinallığını ortaya qoyur. Maraqlıdır ki, hər bir dərsin qrammatik materialına baxmaq üçün sonda səhifəsi göstərilməklə qeydlər verilir və eyni zamanda burada hər modula uyğun sözlük də öz əksini tapır.
Dərsliyin daha bir yeniliyi və uğuru ayrıca tərtib olunmuş "İş dəftəri"nin təqdimatı ilə bağlıdır. "İş dəftəri"ndə dilin rahat mənimsənilməsi üçün praktik tapşırıqlar verilir və bu tapşırıqlar məzmun etibarilə Azərbaycanın tarixindən, zəngin mədəniyyətindən və məişət həyatından tutmuş bütün sahələri əhatə edir. Bu da dil öyrənənin hazırlıq səviyyəsini daha da artırır, onun məntiqli və rabitəli nitq vərdişlərinə yiyələnməsinə yardımçı olur. Həmçinin ilk dəfə olaraq dərsliyin üzərində əyani vəsait kimi təqdim edilən CD diskdəki video və audio materiallar Azərbaycan dilini öyrənən əcnəbilərin dinləmə və anlama bacarıqlarını formalaşdırmağa xidmət edir.
Nəfis tərtibatda və əhatəli şəkildə hazırlanmış, metodik tələblərə və günümüzün tələblərinə cavab verən belə bir dərsliyin təkcə Azərbaycanda deyil, xarici ölkələrdə də yayımlanmasına ehtiyac var. 25 illik müstəqillik tarixində böyük bir inkişaf yolu keçən ölkəmizin dövlət dili olan Azərbaycan dilinin xarici dil kimi tədrisinə xidmət edən "Azərbaycan dili" dərsliyinin nəşri bu sahədə yeni bir uğur olmaqla, həm də əcnəbilərə Azərbaycan dilini öyrənməkdə yaxından kömək edəcəkdir.
MAHMUD




 
Bölməyə aid digər xəbərlər
20.02.2017
Şagirdlərə qızıl və gümüş medal verilməsi qaydaları
20.02.2017
Səudiyyə Ərəbistanı ilə əlaqələrdə yeni mərhələ
20.02.2017
“Gənclərimiz Xocalı soyqırımının dünyaya tanıdılması üçün bütün potensıalını ortaya qoymağa hazırdır”
17.02.2017
BANM-in tələbəsinin “Daxili dünyam” layihəsinə yekun vurulub
17.02.2017
ADPU-da professor Abasqulu Abaszadə adına auditoriyanın açılışı olub

Şərh əlavə olunmayıb



    ,    
Azər Allahverdiyev
Aydan Abdullayeva
Pərviz Məmmədov
Səbinə Novruzzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5512

1 “İzmirdəki QHT-lərimiz Qarabağ mövzusunu bacardıqları qədər gündəmdə saxlayırlar”
2 “Macarıstan heç də hamının xəyalında qurduğu Avropa ölkəsi deyil”
3 “Gəncə gəncləri İslam Həmrəyliyi Oyunlarına öz töhfələrini verəcəklər”
4 Rufiz Qonaqov Türkiyənin Azərbaycandakı səfiri görüşüb
5 “Qafqaz Gənclər Evi” platforması üzərində işləyirik”
20.02 12:27 Yazın ilk çiçəyi
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info