“Facebook”da boşluq istifadəçilərin elektron ünvanlarını açıqlayır
Tarix: 27.12.2016 | Saat: 15:50:00 | E-mail | Çapa göndər
Amerikanın proqram tərtibatçısı Tommi DeVoss “Facebook” sosial şəbəkəsində istifadəçilərin elektron poçtlarının məxfi ünvanlarını ələ keçirməyə imkan verən boşluq aşkarlayıb.
“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, problem istənilən istifadəçiyə sosial şəbəkədə maraqlara görə qruplar yaratmağa imkan verən “Facebook Groups” funksiyası ilə əlaqədardır. T.DeVoss birliklərdən birinin inzibatçısı kimi istifadəçilərə qrupda inzibatçılıq hüququ göstərib, məsələn, məlumatları redaktə edib və ya yeni istifadəçilər əlavə edib. Bütün müvafiq dəvətlər “Facebook” tərəfindən emal edilərək “Facebook Messages” şəxsi məlumatlar poçtuna, eləcə də dəvət edilənin hesabına qoşulan elektron ünvana göndərilir. Məlum olub ki, istifadəçilərin məxfilik funksiyalarını quraşdırmasına baxmayaraq istənilən sosial şəbəkə istifadəçisinin poçt ünvanını ələ keçirmək mümkündür.
Proqram tərtibatçısı sosial şəbəkənin mobil versiyasında “Səhifələrin rolu” bölməsində dəvət ləğv edildikdə sorğunun göndərildiyi istifadəçinin tam elektron poçt ünvanının olduğu “URL” resurslu səhifəyə yönləndirmənin baş verməsini müəyyənləşdirib.
Tədqiqatçının sözlərinə görə, cinayətkarlar məqsədli “fishing” hücumlarının və ya digər zərərli fəaliyyətin həyata keçirilməsi üçün boşluqdan yararlana bilərlər. T.DeVoss sosial şəbəkəni problem barədə məlumatlandırıb və hazırda boşluq aradan qaldırılıb. Bunun üçün şirkət eksperti 5 min dollar məbləğində mükafatlandırıb.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
24.01.2017
Sahibini üzdən tanıyan telefonlar gəlir
23.01.2017
10 min dollara təkər üzərində ev
23.01.2017
Finlandiyada orqanların köçürülməsi üzrə rekord müəyyən edilib
23.01.2017
Yeni “iPad” planşetlərinin nümayişi bu ilin ikinci yarısında olacaq
23.01.2017
Dost seçimi bizim genetik koddan asılıdır

Şərh əlavə olunmayıb



    ,    
Pərviz Məmmədov
Səbinə Novruzzadə
Tural Tağıyev
Sara ƏLİYEVA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5236

1 “Kəşfim laboratoriyamız və fakültəmiz üçün yüksək uğur kimi qiymətləndirildi”
2 Ər-Riyad xəstəxanasında çalışan azərbaycanlı həkim: “Bir gün Azərbaycana qayıdıb uşaq cərrahiyyəsini inkişaf etdirmək istəyirəm”
3 Hollandiyada 20 Yanvar şəhidlərinə həsr olunan açıq dərs keçirilib
4 Yapon məktəblilərindən məktublar
5 “Dünyanı birləşdirəcək dəmir yolu xətlərinin mərkəzi Azərbaycan olacaq”
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info