Qafqaz Universitetində Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni ilə həsr olunmuş tədbir keçirilib
Tarix: 27.12.2016 | Saat: 16:40:00 | E-mail | Çapa göndər
Qafqaz Universitetində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni ilə həsr olunmuş “Öndərin arzusu – Bütöv millət” adlı tədbir keçirilib. Tədbirdə universitetin müəllim tələbə heyəti ilə birlikdə millət vəkili, professor Musa Qasımlı da iştirak edib.
Universitetin rektoru professor Havar Məmmədov tədbir iştirakçılarını salamlayıb və bayram münasibətilə təbrik edib. Rektor qeyd edib ki, ildən-ilə geniş vüsət alaraq dünyanın bir çox ölkəsində soydaşlarımız tərəfindən qeyd olunan bayram ümummulli liderimiz Heydər Əliyevin uzaqgörən siyasətinin nümunələrindən biridir. 2001-ci ildən təşkil olunan Dünya Azərbaycanlılarının qurultayı dövlətimizlə xaricdə yaşayan soydaşlarımızın bir –birini dəstəkləməsinin əyani sübutudur. Möhtərəm Prezidentimiz İlham Əliyev xarici səfərlərində orada yaşayan soydaşlarımızla görüşür, onların problemləri ilə maraqlanır. Soydaşlarımız da ölkə rəhbərinin onlara olan diqqətindən faydalanaraq yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirak etməklə ölkəmizi layiqli təmsil edirlər.
Millət vəkili professor Musa Qasımlı tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib. Millət vəkili soydaşlarımızın xarici ölkələrə getmələrinin tarixi mərhələlərindən danışıb. Bu bayrama gedən tarixi yolun ümummilli liderimiz Heydər Əliyev tərəfindən sovet dövründən başladıldığını vurğulayan professor hal-hazırda xaricdə yaşayan soydaşlarımızla Azərbaycan arasında əlaqələrin inkişafı istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.
Tədbirin bədii hissəsində universitetin mədəniyyət şöbəsinin kordinatoru Vüqar Məmmədov və tələbələrdən ibarət bədii özfəaliyyət qrupları milli mahnı, şeir və rəqslər ifa edərək tədbir iştirakçılarını həmrəyliyimizin möhkəmləndirilməsinə töhvə verməyə səsləyiblər.

Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2017
Milli Məclislə Sankt-Peterburq Qanunvericilik Məclisi arasında protokol imzalanıb
22.09.2017
Xarəzm və Xivə əhalisinin ləhcəsi Azərbaycan dilinə çox yaxındır
22.09.2017
Dünya Bankının təhsil missiyası UNEC-də
22.09.2017
Bakıda beynəlxalq incəsənət festivalı keçirilir
22.09.2017
 Baş cərrah: “Dünyada elə bir cərrahi müdaxilə növü yoxdur ki, o Azərbaycanda icra olunmasın”

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Nigar Abdullayeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7346

1 “İngiltərənin parlament üzvlərinin Dağlıq Qarabağ münaqişə ilə bağlı məlumatları var”
2 Xarəzm və Xivə əhalisinin ləhcəsi Azərbaycan dilinə çox yaxındır
3 Özbək səmimiliyi: “Siz qəzetə yazın, bizsə qəlbimizə yazırıq”
4 Prezident BMT-də Ermənistanı "işğalçı" adlandırdı
5 Sumqayıtda SOCAR-ın bir sıra obyektləri istifadəyə verilib
22.09 20:10 Badamlı peçenye
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info