İsveçdə qaçqınların sayı 80 faiz azalıb
Tarix: 27.12.2016 | Saat: 20:00:00 | E-mail | Çapa göndər
2016-cı ildə İsveçə gələnlərin sayı ötən illə müqayisədə 80 faiz azalıb. İsveç KİV-ləri bu barədə məlumatı ölkənin miqrasiya idarəsinə istinadən yayıblar.
2015-ci il ərzində İsveçdə qaçqın statusu almaq üçün 163 min ərizə verilmişdisə, 2016-cı ilin ortaları üçün ölkəyə cəmi 28 min miqrant gəlib. Suriyadan olan qaçqınların sayı daha çox azalaraq, ötən il 51 min nəfər olduğu halda, bu il 5410 nəfər təşkil edib. Böyüklərinin müşayiəti olmadan İsveçə gəlmiş yetkinlik yaşına çatmayanların sayı da xeyli azalaraq, 2015-ci ildə 35360 nəfər təşkil etdiyi halda, bu il 2100 nəfərə çatıb. Jurnalistlər bildirirlər ki, ötən il miqrantların mütləq əksəriyyətini əslən Əfqanıstandan olanlar təşkil edib. Özü də çox vaxt onların sənədi olmayıb. İsveç Miqrasiya İdarəsinin nümayəndəsi Fredrik Benqtssonun sözlərinə görə, bunun bir neçə səbəbi var. O deyib: “Belə ki, indi Avropa İttifaqı ilə Türkiyə arasında müqavilə var. Bu da miqrantların sərhədi keçmək imkanlarını çətinləşdirir. İsveçin özündə miqrasiya qanunvericiliyi sərtləşdirilib, bizdə daha daimi yaşayış üçün sənəd verilmir, ailə ilə birləşmək hüququnun verilməsi də çətinləşib. Bundan əlavə, bəzi Şimali Avropa ölkələri, o cümlədən İsveç sərhəddə yoxlamalar aparmağa başlayıb. Bu da miqrantların sərhədi nəzarətsiz keçmələrinin qarşısını alır”.




 
Bölməyə aid digər xəbərlər
23.06.2017
Merkel Almaniya kəşfiyyatına inanmır?
23.06.2017
“Brexit” planını açıqlayıb
23.06.2017
Ərəb ölkələrinin Qətərdən yeni tələbləri
22.06.2017
Dövlət Departamentindən Qarabağdakı vəziyyətlə bağlı bəyanat
22.06.2017
Venesuela prezidenti XİN rəhbərini dəyişib

Şərh əlavə olunmayıb



    ,    
Ülvi Hüseynli
Mübariz Nuriyev
Şəmsi Gülverdi
Aysel İbrahimova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 6780

1 BANM-in dekanı: “BANM öz tələbələrinin gələcək karyera imkanlarına böyük əhəmiyyət verir”
2 “Ruhuma daha yaxını müəllimlikdir”
3 “Uşaqların sevgisi məni bu ucqar kənd məktəbinə bağladı”
4 Azərbaycanda etnik, dini dözümlülük mühiti tarixi ənənələrdən bəhrələnən milli siyasətin nəticəsidir
5 Qurtuluş dastanından Əlincə zirvəsinə
23.06 15:08 Ayaqlar üçün vanna
23.06 12:00 Formula 2 başladı
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info