Yaponiya Baş naziri Amerika əsgərlərinin xatirəsini yad edib
Tarix: 27.12.2016 | Saat: 20:02:00 | E-mail | Çapa göndər
Yaponiyanın Baş naziri Şinzo Abe Amerika əsgərlərinin və ABŞ sualtı qayığı ilə toqquşma nəticəsində həlak olan yapon balıqçıların xatirəsini yad edərək onların qəbirləri üzərinə əklil qoyub. “Kyodo” agentliyinin yaydığı məlumata görə, Ş.Abenin Havay adalarına ikigünlük səfəri bu tədbirlə başlayıb.
Məlumatda qeyd edilir ki, Yaponiyanın Baş naziri yapon aviasiyasının 1941-ci ildə hücumu zamanı həlak olmuş Amerika əsgərlərinin dəfn olunduğu qəbiristanlığı ziyarət edib. Agentlik xatırladır ki, 2011-ci ildə Yaponiyanın sabiq Baş naziri olmuş Yoşihiko Noda da bu qəbiristanlığı ziyarət edib. Ş.Abe, eyni zamanda, Makiki qəbiristanlığında dəfn olunan yaponların qəbirləri üzərinə çiçəklər düzüb. Baş nazir, həmçinin ABŞ-ın “Ehime-maru” sualtı qayığı ilə toqquşma nəticəsində həlak olan doqquz balıqçı və dörd məktəblinin xatirəsinə ucaldılan abidəni də ziyarət edib. Agentliyin məlumatına görə, bu səfərdə Baş naziri xarici işlər naziri Fumio Kişida, müdafiə naziri Tomomi İnada və ABŞ-ın Yaponiyadakı səfiri Kerolayn Kennedi müşayiət edirlər. Baş nazir Ş.Abe Havay adalarına səfəri çərçivəsində ABŞ Prezidenti Barak Obama ilə birlikdə 1941-ci il dekabrın 7-də yapon aviasiyasının hücumu zamanı Pörl Harborda həlak olmuş dənizçilərin xatirəsinə həsr olunan tədbirdə iştirak edəcək. Eyni zamanda, Ş.Abenin B.Obama ilə ikitərəfli görüş keçirəcəyi və iki ölkə liderinin müharibə faciəsinin bir daha təkrar olunmaması ilə bağlı bəyanatla çıxış edəcəyi bildirilir.




 
Bölməyə aid digər xəbərlər
23.06.2017
Merkel Almaniya kəşfiyyatına inanmır?
23.06.2017
“Brexit” planını açıqlayıb
23.06.2017
Ərəb ölkələrinin Qətərdən yeni tələbləri
22.06.2017
Dövlət Departamentindən Qarabağdakı vəziyyətlə bağlı bəyanat
22.06.2017
Venesuela prezidenti XİN rəhbərini dəyişib

Şərh əlavə olunmayıb



    ,    
Ülvi Hüseynli
Mübariz Nuriyev
Şəmsi Gülverdi
Aysel İbrahimova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 6771

1 “Ruhuma daha yaxını müəllimlikdir”
2 BANM-in dekanı: “BANM öz tələbələrinin gələcək karyera imkanlarına böyük əhəmiyyət verir”
3 “Uşaqların sevgisi məni bu ucqar kənd məktəbinə bağladı”
4 Qurtuluş dastanından Əlincə zirvəsinə
5 İtalyan jurnalist Simon Zapellaro: “Hamı Ermənistandan qaçır”
23.06 15:08 Ayaqlar üçün vanna
23.06 12:00 Formula 2 başladı
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info