Tramp: “BMT yalnız xoş vaxt keçirmə yeridir”
Tarix: 27.12.2016 | Saat: 20:07:00 | E-mail | Çapa göndər
İsrailin müdafiə naziri yəhudiləri Fransanı tərk etməyə çağırdı: “Fransada yaşayan yəhudilərə “bura sizin ölkəniz və sizin torpağınız deyil, oranı tərk eləmək zamanıdır” deməyin vaxtı çatıb”

“BMT çox nəhəng potensiala malik olsa da, hazırda yalnız xoş vaxt keçirmə yeri kimi tanınır». Bu barədə ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp özünün “Tvitter” hesabında yazıb.
“Burada insanlar görüşür, söhbətləşir, xoş məşğuliyyət keçirir. Bu çox kədərlidir!”, D.Tramp əlavə edib. Qeyd edək ki, ötən həftə BMT Təhükəsizlik Şurasında Fələstin ərazisində yerləşdirmə ilə bağlı layihənin səsverməsi zamanı ABŞ ilk dəfə bitərəf qalaraq onun qəbuluna şərait yaratdı. Belə bir qətnamənin qəbulu İsrail tərəfində böyük narazılıq yaradıb. Maraqlıdır ki, Tramp bu layihənin BMT-də qəbuluna qarşı olub. BMT Təhlükəsizlik Şurasında qətnamənin qəbulundan sonra ABŞ-dan yeni seçilmiş dövlət başçısı “Tvitter” ünvanında belə bir mesaj paylaşıb: “BMT ilə bağlı məsələyə gəldikdə, hər şey yanvarın 20-dən sonra dəyişəcək”.

“BMT ilə bağ-lı məsələyə gəldikdə, hər şey yanvarın 20-dən sonra dəyişəcək”

Xatırladaq ki, Trampın andiçmə mərasimi yanvarın 20-də keçiriləcək. Qətnamənin qəbulundan sonra İsrailin BMT yanındakı daimi nümayəndəsi Danni Danon qətnamənin qəbulunun qarşısını almaq üçün veto hüququndan istifadə etməyən ABŞ-ı kəskin tənqid edib. O, ümid etdiyini bildirib ki, ABŞ-ın yeni administrasiyası və BMT-nin yeni baş katibinin fəaliyyətə başlamasından sonra təşkilatla İsrailin münasibətində yeni eranın başlamasına şərait yaradacaqlar. Bu proseslərdən dərhal sonra bəlli oldu ki, Parisdə Yaxın Şərqlə bağlı konfrans keçiriləcək. Daha doğrusu, gələn ilin yanvarında Parisdə Fələstin-İsrail münaqişəsinin həlli prosesinin bərpasına yönəlmiş çoxtərəfli forum keçiriləcək. İsrail konfransda iştirakdan imtina edib və Fransanı konfransı ləğv etməyə çağırıb. İsrailin müdafiə naziri Aviqdor Liberman isə Fransada yaşayan yəhudiləri bu ölkəni tərk etməyə çağırıb. Nazir bu açıqlamanı Parisdə keçiriləcək konfrans ərəfəsində səsləndirib: “Fransada yaşayan yəhudilərə “bura sizin ölkəniz və sizin torpağınız deyil, oranı tərk eləmək zamanıdır”- deməyin vaxtı çatıb”. Liberman qeyd edib ki, keçiriləcək konfrans İsrailə qarşı tribunaldır.
Anar




 
Bölməyə aid digər xəbərlər
26.05.2017
OPEK-in qərarı neftin qiymətinə necə təsir edəcək?
26.05.2017
Tereza Mey internetdə ekstremist materialların blok olunmasına çağırır
26.05.2017
Rusiya Xəzər dənizində antiterror təlimləri keçirib
26.05.2017
Türkiyədə Qarabağ parkı açılıb
25.05.2017
Britaniya ABŞ xüsusi xidmət orqanları ilə əməkdaşlığı dayandırdı

Şərh əlavə olunmayıb



    ,    
N.Ə.Əhmədova
Flora Ələsgərova
Psixoloq Fərqanə Mehmanqızı
Mahmud Əyyub
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 6566

1 “Vətəndən kənarda yaşasaq da, ölkəmizin bir nümunəsi, siması sayılırıq”
2 ADNSU-nun prorektoru Qasım Məmmədov: “Universitetimizdə ingilis dilində tədris edilən ixtisasların sayı artıb”
3 Ermənistanın diplomatik pasportunu daşıyan şəxs Çexiyada “qanuni oğru” məclisində həbs edilib
4 Müsabiqəyə rekord sayda vakant müəllim yeri çıxarılacaq
5 “Qarabağ həqiqətlərinin təbliği Stavropol vilayətindəki diasporumuzun diqqət mərkəzindədir”
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info