Səməd Vurğunun 110 illiyinə həsr edilmiş müsabiqənin qalibləri mükafatlandırılıb
Tarix: 27.12.2016 | Saat: 20:24:00 | E-mail | Çapa göndər
Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda “Zəka İşığında” İctimai Birliyinin təşkilatçılığı ilə Xalq şairi Səməd Vurğunun anadan olmasının 110 illiyinə həsr edilmiş “Səməd Vurğun və aşıq müasirlərinin yaradıcılığında Vətən konseptinin öyrənilməsi və gənclər arasında vətənpərvərlik ideyasının təbliği” mövzusunda konfrans keçirilib.
Konfrans AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Yazıçılar Birliyi, Mədəniyyət və Turizm Nazirliyi, Türkiyə Elm və Ədəbiyyat Əsərləri Sahibləri Məslək Birliyi (İLESAM) və Səməd Vurğunun ev-muzeyinin təşkilatçılığı ilə reallaşıb. Tədbirdə “Səməd Vurğun sənəti müasir ədəbi-ictimai reallıqlar kontekstində”, “Tənqidin Səməd Vurğun hədəfi”, “Səməd Vurğun dramaturgiyasında müəllif və qəhrəman”, “Səməd Vurğun və teatr”, “Səməd Vurğunun dili” mövzularında məruzələr dinlənilib. Konfrans çərçivəsində şairin 110 illiyinə həsr edilmiş müsabiqənin qalibləri mükafatlandırılıb. Sonda İB-nin təsis etdiyi “Milli Zəka” jurnalının Xalq şairi Səməd Vurğuna həsr etdiyi “Səməd Vurğun 110” xüsusi buraxılışının da təqdimatı olub.




 
Bölməyə aid digər xəbərlər
21.01.2018
Şəfiqə Axundovanın anadan olmasından 94 il keçir
20.01.2018
Yusif Eyvazov Kral Opera Teatrında çıxış edəcək
19.01.2018
“Baku Fashion Club”un növbəti tədbiri keçiriləcək
18.01.2018
Füzuli döyüşlərini əks etdirən fotolardan ibarət sərgi açılıb
18.01.2018
Gənc musiqiçilər Vyanada konsert veriblər 

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8222

1 “Müstəqillik tariximizlə bir daha qürur duyduq”
2 Orfoqrafiya qaydaları ilə bağlı təkliflərə əlavə
3 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
4 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub
5 Yeni dünya nizamı: Rusiya və Çin ABŞ-a alternativ yaratmağa nail olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info