Təbii qaz təchizatında problem olmayacaq
Tarix: 27.12.2016 | Saat: 20:26:00 | E-mail | Çapa göndər
“Bir magistral qaz kəmərinin istismarının dayandırılması respublikanın təbii qaz təchizatında problem yaratmayacaq. Qəza baş vermiş magistral qaz kəmərinin bərpasının isə 2 günə tamamlanması nəzərdə tutulur”. Bu barədə SOCAR-ın Qaz İxrac İdarəsinin rəis müavini Nazim Səmədzadə deyib.
“Yanğın baş verən hissə yaşayış məntəqələrindən 800-1000 metr uzaqlıqda yerləşir. Ərazidə heç bir tikili yoxdur, heç kim xəsarət almayıb. Hazırda həm “Şahdəniz” qaz-kondensat yatağından, həm “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarından, həm də “Ümid” yatağından qaz tam şəkildə qəbul olunur və respublika ərazisində paylanması həyata keçirilir”, - deyə N.Səmədzadə əlavə edib. Qeyd edək ki, dekabrın 27-də saat 9:55-də Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 millimetrlik magistral qaz kəmərində yanğın baş vermişdi. Yanğının söndürülməsi məqsədilə həmin xətt lokallaşdırılmış, bu xəttə verilən qaz alternativ qaz kəmərinə ötürülmüşdü. Hadisə yerinə dərhal yanğından mühafizə qüvvə və vasitələri cəlb olunmuşdu. Baş vermiş yanğın Abşeron yarımadasının qazla təchizatında müəyyən məhdudiyyətlər yaratmışdı. Yanğının söndürülməsi və qaz təchizatında yaranmış məhdudiyyətlərin aradan qaldırılması üçün zəruri tədbirlər görülüb. SOCAR, Fövqəladə Hallar Nazirliyi və “Azərenerji” mütəxəssislərinin birgə səyləri və görülən operativ tədbirlər nəticəsində magistral qaz kəmərində baş vermiş yanğın artıq söndürülüb. Qəza baş vermiş xətdə təmir bərpa işlərinə başlanılıb. Abşeron yarımadasına təbii qazın verilməsi alternativ qaz xətti ilə bərpa olunub.




 
Bölməyə aid digər xəbərlər
17.03.2017
“Avroliqanın qalibi olmaq istəyirik“
16.03.2017
“Türkiyə Avropa ilə düşmənçilik etmir”
16.03.2017
“Qlobal Bakı Forumu Azərbaycanın dünyadakı nüfuzunun göstəricisidir”
16.03.2017
“Monteneqro “Cənub Qaz Dəhlizi” layihəsinin sürətləndirilməsində maraqlıdır”
15.03.2017
“ Qarabağ münaqişəsinin nizamlanmasına xüsusi diqqət ayırdıq“

Şərh əlavə olunmayıb



    ,    
Aytən
Şəfa Qurbanova
Azər Allahverdiyev
Aydan Abdullayeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5942

18.03 12:50 Şəkərbura
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info