Leyla Əliyeva Heydər Əliyev Mərkəzində sərgi ilə tanış olub
Tarix: 28.12.2016 | Saat: 12:13:00 | E-mail | Çapa göndər
Aleksandra Xudyakova: “İlk dəfədir ki, bu cür yüksək səviyyədə bədii kukla sərgisini görürəm”

Heydər Əliyev Mərkəzində “Kukla incəsənətdə” sərgisinin açılış mərasimi keçirilib.
 
Fonddan bildirilib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgi ilə tanış olub. Mərasimdə çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov başa çatmaqda olan 2016-cı ilin də Mərkəz üçün çoxsaylı tədbirlə yadda qaldığını bildirib. Qeyd edib ki, bu tədbirlər konfranslar, simpoziumlar, seminarlar, konsertlər və Heydər Əliyev Mərkəzinin təqdim etdiyi çoxsaylı sərgidən ibarətdir.
 
A. Ələkbərov vurğulayıb ki, “Kukla incəsənətdə” sərgisində təqdim edilən kolleksiyanı Heydər Əliyev Fondu  10 il ərzində toplayıb. Sərgidə 16 ölkədən 60 rəssam-heykəltəraşın, o cümlədən azərbaycanlı rəssamların işləri təqdim edilir. A. Ələkbərov ekspozisiyanın təşkilində dəstəyə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, vitse-prezidenti Leyla Əliyevaya təşəkkürünü bildirib.
 
Rusiya Rəssamlıq Akademiyasının müxbir üzvü, Ümumrusiya Rəssamlar İttifaqının bədii kukla bölməsinin sədr müavini, kuklaçı rəssam Aleksandra Xudyakova Bakı şəhərinin gözəlliyinə heyran qaldığını bildirib: “İlk dəfədir ki, bu cür yüksək səviyyədə bədii kukla sərgisini görürəm. Mən bu möhtəşəm tədbirə görə Heydər Əliyev Fonduna, eləcə də Fondun vitse-prezidenti Leyla Əliyevaya təşəkkürümü bildirirəm. Bu cür ekspozisiyanı ilk dəfədir, görürəm. Kukla insanın reprezentasiyasının ən qədim formalarından biridir”.
 
Azərbaycan Rəssamlar İttifaqının üzvü, Əməkdar Mədəniyyət İşçisi Elmira Abbaslı bildirib ki, bu sərginin təşkili böyük bayramdır.
 
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov deyib ki, sərgi maraqlı və nadir bayramdır. Sərgidə hər şey gözəl və nağıllarda olduğu kimidir: “Kuklalar bizi anadan olduğumuz gündən müşayiət edir. Burada təqdim edilən əsərlərdə isə böyüklərin gözəllik haqqında söhbəti, dərin və həssas hisslər təcəssüm olunub”.
 
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. Sərgidə dünyanın müxtəlif ölkələrinin müəlliflərinin əl işi olan 230 kukla nümayiş etdirilir. Bu sənət əsərləri ümumilikdə 400-dən çox eksponatdan ibarət kolleksiyanın nümunələridir.
 
Sərgidə Azərbaycan, ABŞ, Almaniya, Avstraliya, Belçika, Çexiya, Estoniya, Fransa, İsrail, İtaliya, Latviya, Rusiya, Şimali Kipr, İndoneziya, Ukrayna və Yaponiyanın tanınmış kuklaçı rəssamlarının əl işləri təqdim olunur.
 
Ekspozisiyada nümayiş etdirilən sənət nümunələrinin əksəriyyəti tək nüsxədə hazırlanıb və yüksək bədii dəyərə malikdir. Həmin əsərlərin çoxu beynəlxalq kukla festivalları və biennalelərində qalib olub.
 
Sərgidə çini, kağız, plastik, taxta və parçadan hazırlanan ənənəvi kuklalarla yanaşı, müasir texnologiyalardan istifadə olunaraq yaradılan modern kuklalar da təqdim edilir. Sərgidə kuklalar 11 müxtəlif mövzu üzrə bölünüb. Belə ki, ekspozisiyada geyim tarixi, yumoristik obrazlar, bayram simaları, İçərişəhər sakinləri, nağıl qəhrəmanları, taxta kuklalar və digər mövzularda eksponatlarla tanış olmaq mümkündür. 
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
26.04.2017
Leyla Əliyeva MDU nəzdində Asiya və Afrika Ölkələri İnstitutunda olub
25.04.2017
Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında gənclərin rolu artır
25.04.2017
Bakı Atatürk Liseyi uşaqlar üçün möhtəşəm bayram şənliyi təşkil edib
25.04.2017
Diaspor təşkilatlarının işi ölkə üçün hər zaman zəruri olacaq
25.04.2017
Polis intihar cəhdinin qarşısını alıb

Şərh əlavə olunmayıb



    ,    
Mahmud Əyyub
Elsevər Məmmədov
Rauf Qərib Alagöz
Aysel İbrahimova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 6267

1 Biznesmen diaspor üzvlərindən təkliflər var
2 Albert Aqarunovun xatirəsinə həsr olunan Karate–Do üzrə çempionat keçirilib
3 ABŞ-dakı azərbaycanlı şagird yaşlı diaspor üzvlərinə çağırış etdi
4 İctimai səhiyyə üzrə bakalavr təhsili alan ilk azərbaycanlı
5 “Rumıniyada ermənilərin bizim əleyhimizə hansısa ciddi işlər görməsinə şərait yaradılmayıb”
25.04 14:19 Qabanlar hücum etdi
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info