Bakı Ali Neft Məktəbində görkəmli azərbaycanlı neftçi-geoloqun 85 illik yubileyi qeyd olunub
Tarix: 28.12.2016 | Saat: 14:28:00 | E-mail | Çapa göndər
Bakı Ali Neft Məktəbində (BANM) görkəmli azərbaycanlı neftçi-geoloq, Sosialist Əməyi Qəhrəmanı, geologiya-mineralogiya elmləri doktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, ictimai xadim Fərman Salmanovun 85 illik yubileyinə həsr olunan konfrans keçirilib.
BANM-dən AZƏRTAC-a bildiriblər ki, konfransın keçirilməsinin əsas məqsədi tələbələri F.Salmanovun həyat və yaradıcılığı ilə tanış etmək və görkəmli neftçı alimin xatirəsini anmaqdır.
Tədbirdə BANM-in rektoru Elmar Qasımov elm və tədrislə yanaşı, tələbələrə neft-qaz, kimya sənayesi üzrə görkəmli alimlərin tanıdılmasının da vacibliyini vurğulayıb.
Konfransın əhəmiyyətindən söz açan SOCAR-ın geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Hüseynov və şirkətin birinci vitse-prezidentinin müşaviri Ələkbər Abasov bildiriblər ki, bütün həyatını neft-qaz yataqlarının işlənməsinə həsr etmiş F.Salmanovun adı dünya neft tarixində Qərbi Sibirin zəngin neft sərvətlərini ilk kəşf edən alimlərdən biri kimi daxil olub.
Ə.Abasov diqqətə çatdırıb ki, F.Salmanovun rəhbərliyi ilə Qərbi Sibirdə karbohidrogen ehtiyatları ilə zəngin yüzdən artıq irihəcmli yataq kəşf edilib və istismara verilib. Məhz həmin yataqların işlənməsi və istismarı hesabına keçmiş SSRİ dünyanın ən çox neft-qaz ixrac edən ölkələri sırasına çıxıb.
Sonra BANM-in ömürboyu təhsil fakültəsinin dekanı, professor Rəna Mustafayeva “Fərman Salmanovun həyat və fəaliyyəti hər bir azərbaycanlı gənc üçün nümunədir”, bu ali məktəbin neft-qaz mühəndisliyi ixtisasının tələbələri Elvin Həsənli və Rəşad Nəzərəliyev “Fərman Salmanov şəxsiyyəti gənclərin gözü ilə” mövzularında çıxış ediblər.
Daha sonra SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” institutu direktorunun neft-qaz yataqlarının işlənməsi üzrə müavini, geologiya-mineralogiya elmləri doktoru Əhməd Salmanov belə bir tədbirin təşkilinə və əmisi F.Salmanovun xatirəsinin BANM-də yüksək tutularaq gənc nəslə tanıdıldığına görə minnətdarlığını bildirib.
Sonda F.Salmanovun həyat və fəaliyyətinə həsr edilən sənədli film nümayiş olunub.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.01.2018
Azərbaycan Rəşt-Astara dəmir yolu layihəsində 50 faizlik paya malik olacaq
19.01.2018
SDU-da 20 Yanvar faciəsinə həsr edilmiş tədbir keçirilib
19.01.2018
20 Yanvar tariximizə birlik və şərəf günü kimi yazılıb
19.01.2018
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
19.01.2018
YAP üzvlərinin sayı 710 min nəfəri keçib

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8224

1 “Müstəqillik tariximizlə bir daha qürur duyduq”
2 Orfoqrafiya qaydaları ilə bağlı təkliflərə əlavə
3 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
4 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub
5 Yeni dünya nizamı: Rusiya və Çin ABŞ-a alternativ yaratmağa nail olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info