UNEP dəniz inəklərinin qorunmasını təmin etməyə çağırıb
Tarix: 28.12.2016 | Saat: 14:35:00 | E-mail | Çapa göndər
Dəniz inəkləri yox olmaq təhlükəsi qarşısındadır. Bu dəniz otyeyən məməliləri sahilyanı suların və dənizin çirklənməsindən, brakonyerlik nəticəsində və yosunların populyasiyasının azalmasından əziyyət çəkir. Onlar çox vaxt gəmilərlə toqquşmalar nəticəsində ölümcül zədə alır. Bu barədə BMT-nin Ətraf Mühit Proqramı (UNEP) bildirib.
AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, UNEP-in ekspertləri Solomon adaları, Şri-Lanka, İndoneziya, Malayziya, Mozambik və Madaqaskarın sahil sularında dəniz inəkləri və tropik yosunların mühafizəsi üzrə layihəni bir daha xatırladıblar.
Mifik “su pəriləri”nin protitipi olan dəniz inəkləri sahil sularında təqribən 20 metr dərinlikdə yaşayır, yalnız yosunlarla qidalanır. Onlar gün ərzində 45 kiloqrama qədər yosun yeyə bilir.
“Su pəriləri”nin xilası üçün layihə vəhşi heyvanların köçəri növlərin qorunması üzrə Konvensiya çərçivəsində həyata keçirilir. Layihə çərçivəsində dəniz inəkləri və onların yaşayış mühitinin mühafizəsinə yönəlmiş tədbirlər görülür.
UNEP-in ekspertləri qeyd edirlər ki, mərcanlar kimi, tropik yosunlar ekosistemi də vacibdir, çünki onlar sahilboyu balıqçılığın inkişafı üçün həlledicidir.
Dəniz inəyinin uzunluğu 3 metrə, çəkisi isə 500 kiloqrama çata bilər. Əgər təhlükə yoxdursa, onda onlar 70 ilə qədər yaşaya bilər. Bu məməlilər bir neçə gün ərzində yüz kilometrlərlə üzməyə qadirdir.
Son illər dəniz inəklərinin populyasiyası kəskin azalıb. Bu gün onların sayı təxminən 120 mindir. Ekspertlərin fikrincə, dəniz inəklərinin yaşadığı böyük arealın müqabilində bu, çox kiçik rəqəmdir.
Dəniz inəklərinin müdafiəsi üzrə 2015-ci ildə start verilən layihə 2018-ci ilin dekabr ayına kimi davam edəcək. Layihənin reallaşması üçün ümumilikdə altı milyon ABŞ dolları tələb olunur.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
26.04.2018
Uşaqlar səhər yeməyində bunları yeməlidirlər
26.04.2018
Smartfon bazarında kəskin azalma qeydə alınıb
26.04.2018
Ürək üçün ən zərərli 5 dərman
25.04.2018
“WhatsApp”dan istifadəyə görə yaş məhdudiyyəti tətbiq edilir
25.04.2018
Yumurtanın orqanizmə müsbət təsiri var

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9101

1 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
2 TADF erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib
3 Fuad Muradov xaricdəki azərbaycanlılara müraciət edib
4 Ermənistanın ifşası üçün növbəti geopolitik həmlə...
5 Rusiyalı və Azərbaycanlı Tarixçilərin Assosiasiyası yaradılacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info