Elmin İnkişafı Fondu “Elm-Təhsil İnteqrasiyası” müsabiqəsini elan edib
Tarix: 28.12.2016 | Saat: 15:21:00 | E-mail | Çapa göndər
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu Fondun Himayədarlar Şurası, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası ilə razılaşdırmaqla və elmi tədqiqatların qrantlar yolu ilə maliyyələşdirilməsinin effektivliyini nəzərə alaraq 2016-cı ildə məqsədli “Elm-Təhsil İnteqrasiyası” müsabiqəsini elan edib.
 
Fondun mətbuat xidmətindən bildirilib ki, müsabiqə akademik və ali təhsil sistemindəki elmi-tədqiqat müəssisələrinin elmi fəaliyyətini stimullaşdırmaq, modern elmi cihaz, avadanlıq və qurğularla təminatını təkmilləşdirmək, elmin ayrıca götürülmüş sahə və istiqamətlərinin davamlı inkişafını əlavə olaraq dəstəkləmək, kadr hazırlığını təmin etmək məqsədi ilə akademik və ali təhsil qurumlarından olan alimlərin müvəqqəti yaradılmış elmi-yaradıcı kollektivləri tərəfindən təqdim edilmiş fundamental və tətbiqi xarakterli layihələrə müxtəlif maliyyə həcmli qrantlar (hər layihə üçün 100 min manatadək) verilməsi yolu ilə keçirilir. 
 
2010-2015-cı illərdə Fond tərəfindən təşkil edilərək keçirilmiş 26 müxtəlif xarakterli müsabiqənin nəticələrinin statistik analizi göstərir ki, 444 qalib qrant layihəsinin 272-nin (ümumi sayın 61.26%-ni, onlara ayrılan maliyyə həcmi isə ümumi maliyyələşdirilmənin 74.45%-ni təşkil edir) rəhbərləri akademik qurumları, 129-nun (ümumi sayın 29.05%-ni, onlara ayrılan maliyyə həcmi isə ümumi maliyyələşdirilmənin 18.75%-ni təşkil edir) rəhbərləri isə 21 təhsil müəssisəsini (18 universitet, 2 təhsil akademiyası və 1 lisey olmaqla) təmsil edirlər. Adıçəkilən 444 layihə üzrə rəhbər və icraçıların ümumi sayının 65.57%-i (1234 nəfər) akademik, 23.59%-i (444 nəfər) isə ali təhsil qurumlarına aiddir.
 
Müsabiqədə iştirak edən müvəqqəti yaradıcı kollektiv formalaşdırılarkən akademik və təhsil qurumlarında olan alimlərin sayında paritet gözlənilməli, ümumi say (rəhbərlər daxil olmaqla) 8 nəfərdən, layihələrin icra müddəti 1 ildən artıq olmamalıdır. Elmin İnkişafı Fondu müsabiqəyə təqdim olunmuş layihələrin elmi ekspertizası işini və qalib layihələrin vaxtaşırı monitorinqini təşkil edəcək.
 
Müsabiqədə iştirak etmək üçün layihələr 2017-ci ilin yanvarın 5-dən fevralın 28-i saat 17.00-dək qəbul olunacaq. Müsabiqənin nəticələrinin 2017-ci ilin 1-ci yarısında açıqlanması planlaşdırılır.  
 
Layihələr Elmin İnkişafı Fondunun yaratdığı “e-QRANT” - “Qrant layihələrinin Elektron İdarəolunması Sistemi” vasitəsilə də təqdim edilə bilər. Bu sistem elektron-hökumət prinsipləri əsasında qurulub və “ASAN-İmza”dan istifadəni nəzərdə tutur. Müsabiqənin keçirilməsi qaydaları iləhttp://sdf.gov.azsaytında tanış olmaq olar. Sənədlərin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində qrant iddiaçılarına kömək məqsədilə məsləhət seminarlarının və səyyar seminarların keçirilməsi nəzərdə tutulub. 


Tural





 
Bölməyə aid digər xəbərlər
20.10.2017
“2018-ci ildə sürətli iqtisadi inkişafın olacağı proqnozlaşdırılır”
20.10.2017
MTRŞ bir TV-yə peyk yayımı, 10 şirkətə isə İP TV yayımı üçün lisenziya verib
20.10.2017
Fazil Məmmədov Ağcabədidə vətəndaşları qəbul edib
20.10.2017
BANM 700 bal toplamış tələbələrin sayına görə liderdir
20.10.2017
İsa Həbibbəyli: “Vaqif Azərbaycan yazılı ədəbiyyatında heca vəznli şeirin yaradıcısıdır”

Şərh əlavə olunmayıb



    ,    
Ilkin Mustafayev
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7524

1 Özbəkistanda yaşayan azərbaycanlı güləşçi 3-cü dəfə dünya çempionu olub
2 “Həyat 50 yaşdan sonra başlayır”
3 “Azərbaycan nigeriyalılar üçün çox cazibədar ölkədir”
4 Azərbaycan Prezidenti Ərdoğanın dəvəti ilə Türkiyəyə səfərə gedib
5 Bələdiyyə sədri Avropa Şurasının sessiyasında iştirak edir
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info