“Azərenerji” bayram günlərində faydalı iş əmsalını ikiqat artıracaq
Tarix: 28.12.2016 | Saat: 16:01:00 | E-mail | Çapa göndər
“Azərenerji” ASC bayram günlərində faydalı iş əmsalını ikiqat artıracaq.
Bu barədə AZƏRTAC-a “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı bildirib. Qeyd edib ki, elektrik enerji sisteminin mövcud infrastrukturunun müasirləşdirilməsi, yeni texnologiyaların tətbiqi nəticəsində sistemin dayanıqlığı daha da möhkəmlənib və situasiyalara hazırlıq səviyyəsi yüksəlib. İstər bayram günləri, istərsə də adi günlərdə enerjinin ötürülməsinin keyfiyyəti əhəmiyyətli dərəcədə gücləndirilib. Məhz bunun təzahürüdür ki, “Azərenerji” ASC respublikanın elektrik enerjisi təhlükəsizliyinin təmin edilməsi, ölkəmizin etibarlı və fasiləsiz elektrik enerjisi ilə təchiz olunması vəzifəsinin öhdəsindən inamla gəlir.
“Azərenerji” stabil olaraq, bütün vaxtlara və şəraitə həmişə hazırdır. Mərkəzi Dispetçer İdarəsi rejimə uyğun işləyir. Hazırda qeyri-sabit hava şəraiti və temperaturun kəskin aşağı düşməsi ilə əlaqədar istehlakçıların artan tələbatı və ötürücü xətlərin yüklənməsi, elektrik stansiyaları və şəbəkə avadanlıqlarının sutka ərzində bazis iş rejimində işləməsinə baxmayaraq, “Azərenerji” ASC-nin struktur vahidinə daxil olan qurumlarda hər hansı çətinliklərin yaranması gözlənilmir və bütün imkanlar səfərbər edilib”, - deyə Y.Babanlı bildirib.
Qeyd edib ki, ASC-nin Enerjinin İstehsalı İdarəsi stansiyaların fəaliyyətinin daha da keyfiyyətli və dayanıqlı olmasını təmin etmək məqsədilə bütün müəssisələrində məsul növbətçilərin say tərkibini artırıb və qəza-bərpa briqadaları yaradılıb. Bununla yanaşı, ASC-nin Elektrik Enerjisinin Ötürülməsi İdarəsi tərəfindən elektrik verilişi xətləri və yarımstansiyaları növbədənkənar təftiş edilib. Bütün regional enerji şəbəkələri günün tələbinə uyğun iş rejiminə keçirilib. Eyni zamanda, növbətçi briqadaların sayı artırılıb və onlar müvafiq nəqliyyat vasitələri ilə təmin olunub.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.04.2018
Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaqlarla görüşüb
20.04.2018
Səlim Müslümov: “Azərbaycan İƏT-lə uğurlu əməkdaşlıq təcrübəsinə malikdir”
20.04.2018
Daha bir rayonda Torpaqların Elektron Kadastr Uçot Sisteminin nəticələrinin praktiki tətbiqinə başlanılıb
20.04.2018
Bakı aeroportu yenə ən yaxşılardan oldu
20.04.2018
Edimon Ginting: “ƏƏSMN tərəfindən verilən rəy və təkliflər xüsusi önəm daşıyır”

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9054

1 Mətanət Səmədova: “Əslində, peşəkar müəllim olmaq üçün heç də yaşlanmaq əsas deyil”
2 “Gənclərimiz dövlətin etimadını hər addımda doğruldurlar”
3 Qazaxıstandakı azərbaycanlı general-mayor təltif olunub
4 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
5 “Ermənistan bu gün geosiyasi və geoiqtisadi baxımdan özünütəcrid vəziyyətindədir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info