“Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlamaqla hələ də uduzur”
Tarix: 28.12.2016 | Saat: 20:05:00 | E-mail | Çapa göndər


“Bəzi beynəlxalq təşkilatlar çalışırlar ki, Dağlıq Qarabağ münaqişəsini dondursunlar”.
Bunu Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Azərbaycanda Ombudsman təsisatının yaradılmasının 15 illiyinə həsr olunmuş “Multikulturalizm və insan hüquqları: bərabərlik, əməkdaşlıq, inkişaf” mövzusunda konfransda çıxışı zaman deyib.
Ə.Həsənov qeyd edib ki, ancaq Azərbaycan dövləti heç zaman buna yol verməyəcək:
“Bu məsələ həllini tapmayınca, işğalçı Ermənistan ordusu Azərbaycan torpaqlarını tərk etməyincə və o torpaqlardan didərgin salınmış insanlar doğma yurdlarına qayıtmayınca, biz dayanmayacağıq, bu məsələni daim diqqətdə saxlayacağıq”.
Baş nazirin müavini bildirib ki, 1988-ci ildən başlayaraq Ermənistanın Azərbaycana qarşı təcavüzü ölkəmizdə 1 milyondan artıq qaçqın və məcburi köçkünün yaranması ilə nəticələndi:
“Bu gün isə qaçqın və məcburi köçkünlərin sayı 1 milyon 200 mindən artıqdır. 1988-ci ildən insanlarımızın hüquqları pozulub və 25 ildən artıqdır ki, bərpa olunmur”.
Ə.Həsənov deyib ki, son hesablamalara görə Ermənistanın Azərbaycana təcavüzü nəticəsində ölkəmizə 600 milyard dollardan artıq zərər dəyib.
Baş nazirin müavini bildirib ki, BMT və digər beynəlxalq təşkilatlar münaqişənin həlli ilə bağlı qərar və qətnamələr qəbul edib, lakin bu günə qədər bu münaqişə həllini tapmayıb:
"Azərbaycan həmişə beynəlxalq təşkilatların qərarlarına hörmətlə yanaşıb, ancaq bizə qarşı belə ayrıseçkilik mövcuddur. Bu dərəcədə ədalətsizlik, qeyri-bərabər yanaşma olmaz. Bunun sonu olacaq, dünya bu ədalətsizliyə dözməyəcək. Ermənsitan Azərbaycan torpaqlarını işğal etməklə nə əldə edib?"
Ə.Həsənov bildirib ki, Azərbaycan regionun lider ölkəsinə çevrilib: “Ermənistanda nə var? Ermənistanda artıq başqa millətlərin nümayəndələri yaşamır, bu halda ölkə necə inkişaf edə bilər? Ermənistan işğalçılıq siyasəti nəticəsində bütün layihələrdən kənarda qalıb. Əgər Dağlıq Qarabağ münaqişəsi olmasaydı, Ermənistan da iqtisadi baxımdan layihələrdən bəhrələnərdi. Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlamaqla hələ də uduzur. Azərbaycan istədiyi vaxt torpaqlarını işğaldan azad edə bilər. Aprel döyüşlərində də aydın oldu ki, Azərbaycan istənilən an öz torpaqlarını işğaldan azad edə bilər”.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Saakaşvili: “Qarabağ Azərbaycandır, bütün dünya bu fikirdədir”
20.08.2019
Xalq “5-ci kolon”a şans verməyəcək
20.08.2019
Ordumuzda olan, 3000 metr məsafədə helikopteri məhv edən “İqla S“ raket kompleksi
19.08.2019
“Ulduzu barışmayan” AXCP-ReAl
19.08.2019
Gürcüstanla Dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyalarının ekspertlərinin işçi görüşü olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info