Moskvada Ümumrusiya Azərbaycan Konqresinin IV Qurultayı keçirilir
Tarix: 28.12.2016 | Saat: 16:24:00 | E-mail | Çapa göndər
Moskvanın “Ukrayna” otelində Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) IV Qurultayı keçirilir.
Qurultayda Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Rusiyanın 78 bölgəsindən 200-dən artıq təmsilçi, həmçinin Rusiya və Azərbaycanın dövlət və hökumət nümayəndələri iştirak edirlər.
Qurultayda ÜAK rəhbərinin təşkilatın 5 il ərzində gördüyü işlər haqqında hesabatı dinləniləcək, məruzə ətrafında çıxışlar olacaq. Tədbirdə Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətə çatdırılması sahəsində qarşıda duran vəzifələr, təbliğat işində müasir metodların və informasiya texnologiyalarının tətbiqi, Rusiyadakı soydaşlarımızın hüquq və azadlıqlarının qorunması istiqamətində mövcud problemlər və onların həlli yolları, növbəti beş il üçün fəaliyyət strategiyasının müəyyənləşdirilməsi ilə bağlı geniş müzakirələrin aparılması nəzərdə tutulur.
Qurultayda Mərkəzi Şura, Rəyasət Heyətinin yeni tərkibi seçiləcək, daha sonra Mərkəzi Şuranın iclası keçiriləcək. Tədbirin yekununda bir sıra sənəd və müraciətlərin qəbul olunması gözlənilir.
Ən böyük diaspor təşkilatı olan ÜAK ümummilli lider Heydər Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin dəstəyi ilə 2001-ci il martın 5-də Moskvada yaradılıb. Təşkilatın məqsədi buradakı soydaşlarımıza milli, mədəni, sosial maraqlarının həyata keçirilməsində yardım etmək, Rusiya və Azərbaycan arasında sosial-iqtisadi və mədəni əlaqələrin möhkəmlənməsinə xidmət göstərməkdir. Rusiya Federasiyasındakı diaspor təşkilatları ilə əməkdaşlıq, bu fəaliyyətin əlaqələndirilməsi də Konqresin prioritet vəzifələrindəndir. Hazırda ÜAK-ın Rusiyanın 83 bölgəsində bölməsi fəaliyyət göstərir. Təşkilatın III Qurultayı 2011-ci il noyabrın 25-də keçirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.03.2017
“Avroliqanın qalibi olmaq istəyirik“
16.03.2017
“Türkiyə Avropa ilə düşmənçilik etmir”
16.03.2017
“Qlobal Bakı Forumu Azərbaycanın dünyadakı nüfuzunun göstəricisidir”
16.03.2017
“Monteneqro “Cənub Qaz Dəhlizi” layihəsinin sürətləndirilməsində maraqlıdır”
15.03.2017
“ Qarabağ münaqişəsinin nizamlanmasına xüsusi diqqət ayırdıq“

Şərh əlavə olunmayıb



    ,    
Aytən
Şəfa Qurbanova
Azər Allahverdiyev
Aydan Abdullayeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5942

18.03 12:50 Şəkərbura
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info