Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada tədbir keçirilib
Tarix: 28.12.2016 | Saat: 17:11:00 | E-mail | Çapa göndər
Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Moskvada tədbir keçirilib. Tədbirdə Rusiyanın və Azərbaycanın gənclər birliklərinin nümayəndələri və rəsmi şəxslər iştirak ediblər. Bayram tədbirinə RAGB-nin Moskva, eləcə də regional bölmələrinin nümayəndələri də qatılıblar.
Rusiyanın Azərbaycanlı Gənclər Birliyi idarə heyətinin üzvü Emin Hacıyev birliyin sədri Leyla Əliyevanın adından qonaqları qarşıdan gələn bayramlar münasibətilə təbrik edib, təşkilatın 2016-cı ildə fəaliyyəti barədə məlumat verib. O qeyd edib ki, başa çatmaqda olan il gənclər birliyi üçün uğurlu olub. RAGB-nin sədri Leyla Əliyevanın rəhbərliyi ilə bir sıra yeni layihələr həyata keçirilib. Birliyin üzvlərinin sayının ilbəil artdığını vurğulayan E.Hacıyev hazırda Rusiya Federasiyasının 60-dən çox regionunda təşkilatın bölmələrinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. O, həmçinin Rusiyada fəaliyyət göstərən digər ictimai birliklər və ali təhsil müəssisələri ilə uğurlu əməkdaşlıq əlaqələri qurulduğunu qeyd edib.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Botanika Bağının direktoru Aleksey Reteyum ölkəmizin son illər qazandığı uğurlardan söz açıb. O, Rusiya ilə Azərbaycan arasında dostluq və əməkdaşlığa böyük töhfələr verən Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin fəaliyyətini yüksək qiymətləndirib.
Rusiyadakı Türkiyə diasporunun rəhbəri Yusif Şən Türkiyə, Azərbaycan və Rusiya prezidentlərinin səyləri nəticəsində üç ölkə arasında yaranan strateji əməkdaşlıq münasibətlərindən danışaraq RAGB-nin uğurlu layihələrinin əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi təşkilatın Rusiyada yaşayan və təhsil alan gənclərin birləşməsində, elm, təhsil, yaradıcılıq sahələrində, habelə ictimai təşəbbüslərin reallaşdırılmasında xidmətləri əvəzsizdir.
Sonra Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin regional bölmələrinin nümayəndələrinin təbrik videoları göstərilib.
Rəsmi hissədən sonra milli musiqi və rəqslərdən ibarət konsert proqramı nümayiş etdirilib.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
27.04.2018
Hərbi qulluqçular Gəncədə Mir Cəlal Paşayev muzeyini ziyarət ediblər
27.04.2018
Binəqədidə Zərifə Əliyevaya həsr olunmuş “məlumat saatı” keçirilib
26.04.2018
YAP Pirallahı rayon təşkilatında görüş keçirilib
26.04.2018
BANM Qazaxıstan universiteti ilə əməkdaşlıq haqqında memorandum imzalayıb
26.04.2018
Kaliforniyada Beynəlxalq Mədəniyyət Mərkəzinin açılışı olacaq

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9101

1 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
2 TADF erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib
3 Fuad Muradov xaricdəki azərbaycanlılara müraciət edib
4 Ermənistanın ifşası üçün növbəti geopolitik həmlə...
5 Rusiyalı və Azərbaycanlı Tarixçilərin Assosiasiyası yaradılacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info