“Belarus Sumqayıtdan 5 milyon dollar dəyərində polietilen alıb”
Tarix: 28.12.2016 | Saat: 19:23:00 | E-mail | Çapa göndər
Bizim daxili tələbat üçün Azərbaycandan neft almağımız da mümkündür
“Gəncə avtomobil zavodu keyfiyyətcə yeni mərhələyə qədəm qoyur”. Bunu Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç keçirdiyi mətbuat konfransında deyib. "Gəncə avtomobil zavodu Azərbaycanın ən böyük müəssisələrindən biridir. Biz artıq üçüncü ölkələrə məhsul ixracı ilə bağlı yeni mərhələyə keçirik. Müəssisəyə Belarusda yığılan yekun məhsullar üçün aqreqatlar da göndərilir. Bu birgə layihənin böyük perspektivləri var", - deyə G.Axramoviç vurğulayıb. Səfir müəssisədə traktorlarla yanaşı, avtobusların da istehsalının genişləndiyini bildirib. Gennadi Axramoviç Azərbaycanla Belarusun hərbi əməkdaşlağına da toxunub. O bildirib ki, Belarus aprel müharibəsi zamanı döyüşlərin dayandırılması üçün fəal şəkildə cəhd göstərən əsas ölkələrdən idi. Səfir ölkə prezidenti Aleksandr Lukaşenkonun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının son zirvə görüşünə getməməsinin Dağlıq Qarabağ münaqişəsi ilə əlaqəli olmadığını söyləyib. O qeyd edib ki, bu, obyektiv səbəblərlə bağlıdır.
İki ölkə arasında hərbi və hərbi-texniki əməkdaşlığın çox fəal inkişaf etdiyini deyən G. Axramoviç bunun digər ölkələrə qarşı yönəlmədiyini vurğulayıb: “Azərbaycanla Belarus arasında əməkdaşlıq üçüncü dövlətə və ya bloka qarşı yönəlməyib. Bizim əməkdaşlığımız iki ölkənin müdafiəsinin gücləndirilməsinə yönəlib. Belarus “ADEX-2016” sərgisində geniş təmsil olunmuşdu”. G. Axramoviç Belarus müdafiə naziri və Baş Qərargah rəislərinin bu il Azərbaycana səfərlərinin önəminə diqqət çəkib.
O həmçinin Belarusun Azərbaycandan neft alması ilə bağlı bəzi məsələlərə də aydınlıq gətirib. Səfir qeyd edib ki, Belarusun Azərbaycandan neft almasında siyasi çalarlar axtarmaq lazım deyil: “Bizim iki neft emalı zavodumuz var. Onlar postsovet məkanında ən müasir müəssisələrdir. Hazırda bu zavodlar Avro-6 standartına uyğun yanacaq istehsal etməyə hazırlaşır. Burda söhbət Azərbaycandan gələn neftin bu müəssisələrdə emal edilməsindən və yüksək keyfiyyətli benzini Azərbaycan istehsalçısına göndərməkdən gedir. Bizim daxili tələbat üçün Azərbaycandan neft almağımız da mümkündür. Hazırda biz müvafiq xammalı sizdən alırıq”. Səfir əlavə edib ki, Belarus artıq Sumqayıtdan 5 mln. dollar dəyərində polietilen alıb. O, alınan məhsulların çeşidinin artırılmasının vacibliyini qeyd edib. Gennadi Axramoviç bloqqer Aleksandr Lapşinin Azərbaycanın müraciəti əsasında ölkəsində saxlanması və ekstradisiyasına dair danışıqların getməsi ilə bağlı məsələyə də münasibət bildirib. Səfir müraciət qanuni cəhətdən əsaslı olduğu halda A. Lapşinin Azərbaycana təhvil verilməsinin istisna olmadığını deyib. "Müraciət qanunidirsə, insan açıq-aşkar qanun pozuntusuna yol verib və onun günahı sübut olunubsa, o zaman Belarus tərəfi müraciət edənin istəyinə müsbət reaksiya verir", - deyə səfir bildirib.
G. Axramoviç diplomatik təcrübəsində bir neçə dəfə belə halla üzləşdiyini də söyləyib.
Xatırladaq ki, Azərbaycan Baş Prokurorluğunun məlumatında bildirilir ki, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan Aleksandr Lapşin Ermənistan Silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında”, “Pasportlar haqqında” qanunların tələblərini kobud surətdə pozmaqla Azərbaycanın mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olub, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə internet sosial şəbəkəsində özünə məxsus puerrtto.livejournal.com səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin “müstəqilliyini” dəstəkləməklə, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib. Mətbuat xidmətinin məlumatında qeyd olunur ki, A. Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində fakta görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və barəsində dövlətlərarası axtarış elan edilib. Belarus Respublikası hüquq-mühafizə orqanlarının həyata keçirdikləri tədbirlər nəticəsində A.Lapşin saxlanılıb. Hazırda Lapşinin Azərbaycana ekstradisiya olunması ilə əlaqədar zəruri tədbirlər görülür.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
26.05.2017
“Dünyadakı vəziyyət nəzarətdən çıxa bilər”
26.05.2017
Tramp: “Azərbaycan ABŞ-ın dəyərli tərəfdaşıdır”
26.05.2017
Meksikada Respublika Günü qeyd edilib 
26.05.2017
“Azərbaycan öz təcrübəsini beynəlxalq səviyyədə bölüşür”
25.05.2017
Anna Finoççiaro: “TAP qaz boru kəməri İtaliya üçün strateji əhəmiyyət kəsb edir”

Şərh əlavə olunmayıb



    ,    
Aysel İbrahimova
N.Ə.Əhmədova
Flora Ələsgərova
Psixoloq Fərqanə Mehmanqızı
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 6579

1 “Vətəndən kənarda yaşasaq da, ölkəmizin bir nümunəsi, siması sayılırıq”
2 ADNSU-nun prorektoru Qasım Məmmədov: “Universitetimizdə ingilis dilində tədris edilən ixtisasların sayı artıb”
3 Müsabiqəyə rekord sayda vakant müəllim yeri çıxarılacaq
4 “Qarabağ həqiqətlərinin təbliği Stavropol vilayətindəki diasporumuzun diqqət mərkəzindədir”
5 “Tələbə nəzəri biliyinə görə deyil, tədqiqat işlərinə görə qiymətləndirilməlidir”
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info