Rusiya və Türkiyə Suriyada atəşkəs planı barədə razılığa gəlib
Tarix: 28.12.2016 | Saat: 19:54:00 | E-mail | Çapa göndər
Ankara və Moskvanın hərbi nümayəndələri Türkiyə paytaxtında Suriya müxalifəti ilə danışıqlar aparır


Rusiya və Türkiyə Suriya münaqişəsi ilə bağlı hərtərəfli atəşkəs planı barədə razılığa gəlib. Anadolu Agentliyi xəbər verir ki, plan Suriyadakı münaqişə tərəflərinə təqdim olunması nəzərdə tutulur.
Razılaşma müxalifət və hökumət qüvvələri arasında silahlı toqquşmaların baş verdiyi bütün ərazilərə aid ediləcək. Tərəflərə hərbi əməliyyatları dekabrın 29-u yerli vaxtla saat 00:00-da dayandırmaq təklif olunacaq. Razılaşma terror təşkilatlarına aid edilmir. Diplomatik mənbələrdən “RİA Novosti”yə bildiriblər ki, Rusiya və Türkiyənin hərbi dairələri Ankarada Suriya müxalifəti ilə danışıqlar aparır. Bir müddət əvvəl Ankarada qətlə yetirilən Rusiya səfəri də bu danışıqlarda iştirak edirdi. Razılaşma əldə olunacağı təqdirdə Rusiya və Türkiyə atəşkəs rejiminin qorunmasının təminatçısı kimi çıxış edəcəklər. Dayanıqlı atəşkəs əldə olunduqdan sonra Suriya hökuməti və müxalifət Türkiyə və Rusiyanın dəstəyi ilə Astanada münaqişənin həlli ilə bağlı siyasi müzakirələrə başlayacaq. Astanada keçiriləcək Suriya danışıqlarına Rusiya, Türkiyə, İran, Səudiyyə Ərəbistanı, Qətər və Suriyada müxalifətinin nümayəndələri dəvət oluna bilərlər. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan məlumat verib. “Biz bu cür təşəbbüsün əleyhinə deyilik. Bu məsələ hazırda XİN səviyyəsində müzakirə edilir. Astanaya Suriyadakı müxalifətdən, habelə, Rusiya, Türkiyə, İran, Səudiyyə Ərəbistanı, Qətərdən nümayəndələr dəvət oluna bilər. Səudiyyə Ərəbistanı və Qətərin samitdə iştirakı Türkiyə üçün əhəmiyyətlidir. Biz terror qruplaşmalarının nümayəndələrinin Qazaxıstana dəvət olunması təklifini dəstəkləmirik” - deyə Ərdoğan bildirib. Türkiyə prezidenti Suriyaya dair Cenevrə danışıqlarının nəticəsiz olduğunu qeyd edib. Onun sözlərinə görə, “Cenevrə prosesinin” iflasa uğraması fonunda Putin Astanada Suriyaya dair görüşün keçirilməsi təşəbbüsü ilə çıxış edib. Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin bundan əvvəl Suriyadakı münaqişə tərəflərinə danışıqlar prosesini Astanada keçirilməsinin təklif olunması barədə Ərdoğanla razılığa gəldiyini bildirib. Qazaxıstan prezidenti Nursultan Nazarbayev rusiyalı və türkiyəli həmkarları Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanla telefon danışıqları zamanı bu təşəbbüsü dəstəkləyib və ölkəsinin paytaxtında danışıqlar üçün şərait yaratmağa hazır olduğunu bildirib. Belə görünür ki, Suriyada vəziyyət dəyişməyə başlayır. Daha doğrusu vəziyyətə nəzarət ABŞ və Qərb koalisiyasından Rusiya və Türkiyənin nəzarəti alına keçir. Bu sıraya İranı da aid etmək olar. Regionla birbaşa həbi qüvvə ilə təmsil olunan bu üç dövlət Bəşər Əsədi də prosesə daxil etməklə atəşkəsə nail ola bilərlər. Proses artıq ciddi şəkil almağa başlayıb. Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhd, saysız-hesabsız terrora aktları, Ankarada Rusiya səfirinin qətlə yetirilməsi, ABŞ-ın PYD-YPG qüvvələrinə açıq şəkildə dəstək verməsi Ankaranı Qərb koalisiyasından uzaqlaşaraq Rusiya ilə əməkdaşlığa vadar edib. Ərdoğanın mətbuat konfransında ABŞ-ın terrorçulara silah verdiyini elan etməsi və bunun təsdiqləyən faktlara sahib olduğunu deməsi oyunun açıq oynandığını təsdiqləyir. Maraqlıdır ki, eyni gündə Rusiyanın xarici işlər naziri Lavrov da ABŞ-a Suriya müxalifətini silahlandırmağı dayanırmaqla bağlı xəbərdarlıq edib. Dünən rəsmi Bağdad elan edib ki, Suriya münaqişəsinin nizamlanması ilə bağlı Rusiya-Türkiyə-İranın start verdiyi prosesə qoşulmaq istəyirlər. İraqın xarici işlər naziri İbrahim əl-Cəfəri bildirib ki, Suriyada baş verən hadisələr onlara birbaşa təsir etdiyindən prosesə qoşulmaq qərarına gəliblər: “İŞİD” bizə Suriyadan gəlib. Ona görə də Suriyada münaqişənin həll olunması İraqda da böhranın həll olunması deməkdir”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
27.02.2017
Daha bir erməni təxribatının qarşısı alınıb
24.02.2017
Malayziya polisi: Kim Çen Nam kimyəvi silahla öldürülüb
24.02.2017
Filippin polisi prezidenti tənqid edən senatoru həbs edib
24.02.2017
Birləşmiş Ərəb Əmirliklərində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
24.02.2017
Vyetnamda Xocalı soyqırımı ilə bağlı konfrans keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Azər Allahverdiyev
Aydan Abdullayeva
Pərviz Məmmədov
Səbinə Novruzzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5564

1 “Gənclərimiz artıq boş vaxtlarından səmərəli yararlanmağı bacarırlar”
2 Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib
3 Sözün bədii və poetik ifadəsi bitmir
4 “Azərbaycan Cocuq Mərcanlını bərpa etməklə işğalçı Ermənistana nümunə göstərəcək”
5 Ad gününə dörd gün qalmışdı
24.02 19:50 “Şuxi“ salatı
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info