“KTMT-dəki dövlətlər bizdən daha çox, Azərbaycanla tərəfdaşlıq əlaqələri qurublar”
Tarix: 28.12.2016 | Saat: 20:07:00 | E-mail | Çapa göndər
Politoloq Aqasi Enokyan:
“Bizim nümayəndənin KTMT-də baş katib postuna gətirilməsi Ermənistanın növbəsi ötənə qədər təxirə salınacaq”


Məlum olduğu kimi, dekabrın 26-da Sankt-Peterburqda Ermənistan prezidenti Serj Sərkisyanın da qatıldığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının növbəti sammiti keçirildi. Bu dəfə də sammitə böyük ümidlərlə gələn Sərkisyanın ümidləri puç olub.
Belə ki, KTMT-nin baş katibi postuna təyinatla bağlı Ermənistanın gözləntiləri öz təsdiqini tapmayıb. Bu mövzu ilə bağlı “Birinci informasiya” saytına danışan “İrs” fraksiyasından olan erməni deputat Zarui Postancanyan bildirib ki, KTMT Ermənistanın təhlükəsizliyinin qarantı deyil: “ Əgər biz, doğrudan da ölkəmizin təhlükəsizliyi barədə danışırıqsa, KTMT-nin ortaya qoyduğu mövqe göz önündədir. Ermənistanın ən çətin günlərində bu təşkilatın “itkin” düşməsi ölkəmizi xeyli məhrumiyyətlərlə üz-üzə qoyub. Hazırda bu təşkilatda bizim nə müttəfiqimiz, nə də tərəfdaşımız var. Bizim bu təşkilatla fikir ayrılığı mövcuddur.

“Təşkilat Ermənistanı dövlət kimi saymasa da, qəbul edilən qərarlar İrəvan üçün məcburidir. Ermənistanın nə ciddi mövqeyi var, nə də qərarların qəbuluna təsir mexanizmi”

KTMT-dəki dövlətlər bizdən daha çox, Azərbaycanla tərəfdaşlıq əlaqələri qurublar”. KTMT-nin ölkəsinin təhlükəsizliyinin qarantı olmadığını bir daha xatırladan Postancanyan Ermənistanı milli suverenliyini bərpa etməyə çağırıb: “Serj Sərkisyan tabelikdə olan bir şəxsdir və bizim milli hakimiyyətin təmsilçisi deyil”. Xanım deputat milli təhlükəsizlik konsepsiyasına alternativ yanaşmalar daxil etməklə yenidən nəzərdən keçirməyi tövsiyə edir. Qeyd edək ki, erməni politoloq Aqasi Enokyan da Ermənistanın KTMT-də tutduğu mövqe ilə bağlı maraqlı fikirlər bildirib. Təşkilat üzvlərinin Ermənistanla istədikləri kimi davrandıqlarını bildirən Enokyana görə, ölkəsinin bu quruma rəhbər seçiləcəyi arzu olaraq qalacaq: “Bizim nümayəndənin KTMT-də baş katib postuna gətirilməsi Ermənistanın növbəsi ötənə qədər təxirə salınacaq”. Ermənistan təmsilçisinin KTMT-də baş katib postuna təyinatının artıq üçüncü dəfə təxirə salındığını xatırladan politoloq bildirib ki, təşkilat Ermənistanı dövlət kimi saymasa da, qəbul edilən qərarlar İrəvan üçün məcburidir. Ermənistanın nə ciddi mövqeyi var, nə də qərarların qəbuluna təsir mexanizmi”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
17.08.2017
Rusiyada dinozavr və mamont qalıqları aşkarlanıb
16.08.2017
ABŞ-ın Mərkəzi Asiya planı: Pentaqon Düşənbədə hərbi baza yaratmaq istəyir
16.08.2017
Rusiyanın Xəzər donanması həyəcan siqnalı ilə qaldırılıb
16.08.2017
Ermənistan yanğının qarşısını ala bilmir
15.08.2017
Ermənistan əsgəri intihar edib

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Nigar Abdullayeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7133

1 Gürcüstandakı gənclərimiz film çəkiblər
2 “Əcnəbilərə əvvəlcə mədəniyyətimiz tanıdılmalı, sonra Qarabağ həqiqətləri təbliğ edilməlidir”
3 Ən gənc professor Prezidentə təşəkkür ünvanladı
4 Mədəniyyət obyektlərinin tikintisinə vəsait ayrıldı
5 Gənclərimiz Azərbaycanın Mərakeş Krallığındakı səfirliyində olublar
17.08 11:56 Neftimiz bahalaşıb
16.08 19:46 Xurma ixracı artacaq
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info