Yayılan məlumatlar həqiqətə söykənməlidir
Tarix: 28.12.2016 | Saat: 20:09:00 | E-mail | Çapa göndər
Son günlər bəzi kütləvi informasiya vasitələrində qəsdən dərman preparatlarının qıtlığının yaradılması, əczaçılıq məhsullarının depolarda saxlanılaraq satışa çıxarılmadığı barədə həqiqətə uyğun olmayan məlumatlar yayılır.
“Avromed” QTSC-nin mətbuat xidməti bu məsələ ilə bağlı bildirir: “Ölkənin əczaçılıq bazarının iştirakçılarından biri kimi bildirmək istəyirik ki, bu məlumatlar həqiqətdən uzaqdır və bu çür şayiələr dərman preparatlarının qiymətlərinin tənzimlənməsi kimi mütərəqqi bir addıma kölgə salmaq niyyətindən başqa bir şey deyil. Əvvəla, qiymətlər distribüter şirkətlər tərəfindən deyil, müvafiq dövlət orqanları tərəfindən qanunla nəzərdə tutulmuş hallarda tənzimlənir. Bütün idxalçı şirkətlər qiymətlərin hansı hallarda yenidən tənzimlənməsi barədə kifayət qədər məlumatlıdırlar. Digər tərəfdən, dərman vasitələri müəyyən istifadə müddəti olan və xüsusi şəraitdə saxlanılan məhsullardır. Dərmanların satılmadan anbarlarda saxlanılması onların istifadə müddətinin keçməsi və məhv edilməsi ilə, nəticədə isə şirkətlər üçün külli miqdarda zərərlə nəticələnə bilər. Ona görə də bütün idxalçı-distribüter şirkətlər anbarlarında olan məhsulların tezliklə satılmasında və yeni məhsulların gətirilməsində maraqlıdırlar. Buna görə də, distrüterlərin aylarla qiymətlərin bahalaşmasını gözləməsi “fikri” məntiqə uyğun deyil. Qeyd edək ki, Azərbaycanın əczaçılıq bazarında 10 mindən çox adda dərman preparatları var. Bir və ya bir neçə aptekdə müəyyən dərman preparatlarının olmaması heç də bütün ölkədə dərman qıtlığının olması demək deyildir. Dünyanın heç bir ölkəsində heç bir aptekdə 10 min adda dərman ehtiyatının daim mövcud olması mümkün deyil. Hər hansı bir aptekdə müəyyən dərmanın istənilən anda olmamasının isə bir çox səbəbləri ola bilər. Bir sıra inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da qüvvədə olan qanunvericilik reseptdə dərman adlarının deyil, tərkibinin yazılmasını tələb edir. Bu səbəbdən dərman brend adları ilə deyil, tərkibi ilə axtarılsa, əminik ki, hər aptekdə eynitərkibli bir çox adda dərman preparatları tapmaq mümkündür. Belə ki, brend adları ilə tanınan dərman preparatlarının, demək olar ki, hamısının eyni tərkibə malik olan onlarla alternativi var. Bunu isə resept yazan həkimlər və dərman preparatlarının satışı ilə məşğul olan əczaçılar yaxşı bilir. Odur ki, həqiqətə uyğun olmayan məlumat yayan kütləvi informasiya vasitələrini öz fəaliyyətlərinə peşəkarlıqla yanaşan şirkətlərin işinə kölgə salmamağa çağırırıq”.




 
Bölməyə aid digər xəbərlər
24.02.2017
Veysəloğlu Şirkətlər Qrupu növbəti qanvermə aksiyasını həyata keçirib
24.02.2017
DTX-nın əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan vətəndaşları tutulub
24.02.2017
V.Qasımlı: “İslahatlar Azərbaycanı elektron platforma üzərindən ticarət qovşağına çevirməyə imkan verəcək”
24.02.2017
Hövsanda sosial evlərin tikintisi üçün 20 hektar torpaq ayrılıb
24.02.2017
Daşkənddə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Şərh əlavə olunmayıb



    ,    
Azər Allahverdiyev
Aydan Abdullayeva
Pərviz Məmmədov
Səbinə Novruzzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5552

1 “Gənclərimiz artıq boş vaxtlarından səmərəli yararlanmağı bacarırlar”
2 Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib
3 Sözün bədii və poetik ifadəsi bitmir
4 “Azərbaycan Cocuq Mərcanlını bərpa etməklə işğalçı Ermənistana nümunə göstərəcək”
5 Ad gününə dörd gün qalmışdı
24.02 19:50 “Şuxi“ salatı
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info