Ankarada azərbaycanlı heykəltəraşın sərgisi açılıb
Tarix: 28.12.2016 | Saat: 20:11:00 | E-mail | Çapa göndər
Azərbaycanın Türkiyədəki səfirliyi və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) birgə təşkilatçılığı ilə TÜRKSOY-un Ankaradakı mənzil-qərargahında azərbaycanlı heykəltəraş Səid Rüstəmin əsərlərindən ibarət sərgi açılıb.
S.Rüstəmin 60 illiyinə həsr edilən sərgidə səfirliyin əməkdaşları, elm, mədəniyyət və incəsənət xadimləri, sənətsevərlər QHT və KİV təmsilçiləri iştirak ediblər. Əvvəlcə Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Əməkdar incəsənət xadimi Əflatun Nemətzadə və Hacettepe Universitetinin professoru Yusuf Bayraktar rəssam S.Rüstəmin həyat və yaradıcılığından danışıblar. Çıxışçılar diqqətə çatdırıblar ki, türk dünyasının zəngin tarixi, mədəniyyəti və digər rəngarəngliyi sənətkarın yaradıcılığında əks olunur. Faiq Bağırov heykəltəraşa səfirliyin təşəkkürnaməsini təqdim edib. Sonra iştirakçılar sərgi ilə yaxından tanış olublar. Sərgi yanvarın 10-dək davam edəcək.




 
Bölməyə aid digər xəbərlər
19.01.2018
“Baku Fashion Club”un növbəti tədbiri keçiriləcək
18.01.2018
Füzuli döyüşlərini əks etdirən fotolardan ibarət sərgi açılıb
18.01.2018
Gənc musiqiçilər Vyanada konsert veriblər 
18.01.2018
Tanınmış violin ifaçısı Tahir Atakişiyevin xatirəsi anılıb
17.01.2018
Aleksey Beqovun fərdi sərgisi

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8209

1 Xaricdəki soydaşlarımız Cümhuriyyətin yubiley tədbirləri ilə bağlı planlarını açıqlayıblar
2 “Müstəqillik tariximizlə bir daha qürur duyduq”
3 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
4 Orfoqrafiya qaydaları ilə bağlı təkliflərə əlavə
5 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info