Norveç kilsəsi dövlətdən ayrılır
Tarix: 29.12.2016 | Saat: 13:12:00 | E-mail | Çapa göndər
Norveç Yevangelist-Lüteran Kilsəsi 2017-ci il yanvarın 1-dən dövlətdən tam ayrılır. Bununla da krallıqda ən böyük din islahatı başa çatır. Bundan sonra kilsə müstəqil hüquqi şəxs olacaq.
Bu barədə məlumatı Norveç KİV-ləri yayıblar.
Norveç Kilsəsi 1537-ci il Reformasiyası nəticəsində yaranıb. Bu Reformasiya sayəsində Danimarka-Norveç uniyası katolik kilsəsinin hakimiyyətindən azad olub. Yalnız 1845-ci ildə İsveçin qismən muxtariyyət verilmiş regionu olan Norveçin parlamenti ölkədə başqa dini qurumların təsis edilməsinə icazə verib. Əsası 1877-ci ildə qoyulmuş müstəqil Azad Kilsə bu qurumlardan biri olub.
Norveç Kilsəsi uzun illər dövlətə tabe olub və bu da Krallığın qanunvericiliyində və Konstitusiyasında təsbit edilib. Ancaq 2012-ci ildə Krallığın əsas qanununa dəyişikliklər edilib. Həmin dəyişikliklərə görə, Norveç Kilsəsi xalq kilsəsi olub, yevangelist lüteranlıq isə dövlət dini statusunu itirib.
Yeni ildən qüvvəyə minəcək islahatlar sayəsində Norveç Kilsəsi tam müstəqil qurum olacaq. Məsələn, dövlət və kral yepiskop və probstovları (yepiskopa tabe olan müəyyən coğrafi regionda böyük pastor) təyin etmək hüququnu, din xadimləri isə dövlət qulluqçusu statusunu itirəcəklər.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.08.2017
Hindistanda “donuz qripi“ 600-dən çox insanın həyatına son qoyub
17.08.2017
Finlandiyada incəsənət festivalı başlanıb
16.08.2017
NATO hərbçiləri Kiyevdəki hərbi paradda iştirak edəcək
16.08.2017
Almaniyadan Rusiya və Çinə dəstək
16.08.2017
Avropada gücü 900 vattdan çox olan tozsoranların satışına qadağa qoyulacaq

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Nigar Abdullayeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7133

1 Gürcüstandakı gənclərimiz film çəkiblər
2 “Əcnəbilərə əvvəlcə mədəniyyətimiz tanıdılmalı, sonra Qarabağ həqiqətləri təbliğ edilməlidir”
3 Ən gənc professor Prezidentə təşəkkür ünvanladı
4 Mədəniyyət obyektlərinin tikintisinə vəsait ayrıldı
5 Gənclərimiz Azərbaycanın Mərakeş Krallığındakı səfirliyində olublar
17.08 11:56 Neftimiz bahalaşıb
16.08 19:46 Xurma ixracı artacaq
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info