“Ü.Hacıbəyli-130” musiqi albomunun təqdimatı olub
Tarix: 29.12.2016 | Saat: 13:13:00 | E-mail | Çapa göndər
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə görkəmli bəstəkarımız Üzeyir Hacıbəylinin 130 illik yubileyi münasibətilə “Üzeyir Hacıbəyli 130” musiqi albomunun təqdimatı keçirilib.
Akademiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbiri giriş sözü ilə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru, Xalq Artisti, professor Yeganə Axundova açaraq layihənin əhəmiyyətindən danışıb.
Bildirilib ki, diskdə ümumilikdə 14 ifa yer alıb. Onlardan Üzeyir bəyin “Sevgili canan”, “Sənsiz”, “Cəngi”, “Çırpınırdın Qara dəniz” və “Arşın mal alan” operettasından seçmə əsərləri, bundan əlavə xalq mahnıları “Sarı gəlin”, “Evləri var xana-xana”, “Ay laçın”, “Qubanın ağ alması” və s. musiqilərimiz məharətlə səsləndirilib. Diskdə yer alan musiqilər Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və Azərbaycan Milli Konservatoriyasının tələbə və məzunlarının ifasında səsyazma studiyasında lentə alınıb. Diskin əsas özəlliklərindən biri də bəzi ifaların məhz milli musiqi alətlərimizdə (tar, kamança, balaban) lentə alınmasıdır ki, bu da diskin bir təbliğat vasitəsi kimi xüsusi əhəmiyyətinə diqqət çəkir. Diskin hazırlanmasında məqsəd Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin dünya ictimaiyyətinə daha yaxından tanıtmaq, onun əsərləri və bəstəkarlıq məktəbini təbliğ etmək, xalq musiqimizi dünya səhnəsinə çıxartmaq, həmçinin milli musiqi alətlərimizin tanıdılması və diskdə yer alacaq istedadlı gənc musiqiçilərin stimullaşdırılmasıdır.
Musiqi albomunun giriş hissəsində Üzeyir bəy haqqında Azərbaycan və ingilis dilində qısa informasiya verilir. Digər səhifələrdə isə dünya şöhrətli insanların Üzeyir Hacıbəyli haqqında söylədikləri dəyərli kəlamlar yer alıb. Albomun son səhifəsində isə Azərbaycan Respublikasının Dövlət Himninin sözləri və bir səsli not nümunəsi təqdim edilib. Layihənin rəhbəri Nicat Həsənzadə, musiqi rəhbəri Vüqar Hümbətovdur.
Daha sonra layihənin rəhbəri və layihənin musiqi rəhbəri çıxış edərək albom haqqında ətraflı məlumat veriblər.
Tədbir diskdə ifası yer alan gənclərin kiçik konsert proqramı ilə davam edib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
23.10.2017
Muğam müsabiqəsinin qalibi solo konsert verəcək
23.10.2017
Aşıq Ədalətin xatirəsi yad edilib
23.10.2017
Gənc rejissorun filminin onlayn premyerası keçirilib
23.10.2017
Gənc rəssamların sərgisi açılıb
20.10.2017
Şövkət Ələkbərovanın məzarı ziyarət olunub

Şərh əlavə olunmayıb



    ,    
Ilkin Mustafayev
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7542

1 “Həyat 50 yaşdan sonra başlayır”
2 İdmançı enerjisini öz yetirmələrinə verən məşqçi
3 Yollar qovuşanda...
4 Azərbaycan Prezidenti Ərdoğanın dəvəti ilə Türkiyəyə səfərə gedib
5 “Azərbaycan nigeriyalılar üçün çox cazibədar ölkədir”
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info