Jurnalistlər üçün PR tur keçirilib 
Tarix: 29.12.2016 | Saat: 14:29:00 | E-mail | Çapa göndər
Dekabrın 28-də “Excelsior Hotel & Spa Baku” otelində jurnalistlər üçün “AtaHolding” Şirkətlər Qrupunun kommunikasiyalar sahəsində fəaliyyətinin yekunlarının təqdimatı ilə PR tur keçirilib. Təqdimat mərasimində Azərbaycanın aparıcı kütləvi informasiya vasitələrinin: informasiya agentliklərinin, qəzetlərin, jurnalların və elektron medianın jurnalistləri iştirak ediblər.
“AtaHolding” Şirkətlər Qrupunun Korporariv kommunikasiyalar şöbəsinin rəisi Dilarə Zamanova tədbirə toplaşanları ilin yekunları ilə tanış etmiş və qeyd edib ki, il ərzində çoxlu sayda müxtəlif tədbirlər və maraqlı aksiyalar həyata keçirilib. Xüsusilə bildirilib ki, 2016-cı il ərzində daxili kommunikasiyalar planına əsasən aşağıdakı tədbirlər keçirilib: “Excelsior Hotel & Spa Baku” otelinin “Afurca” zalında Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin və "AtaHolding" Şirkətlər Qrupunun birgə təşkilatçılığı ilə Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş "Ruhun şad olsun, Ustad!" adlı xatirə gecəsi, "AtaHolding" Şirkətlər Qrupunun əməkdaşları arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş futbol turniri, Xocalı faciəsinə həsr olunmuş gecəni, Holdinq əməkdaşlarının Game TV tərəfindən təşkil edilmiş və Respublika gününə həsr edilmiş “Nə? Harada? Nə vaxt” intellektual oyununda iştirakını, HR mütəxəssislərin dəyirmi masasını, Musiqi bayramını və digər aksiyaları göstərmək olar. Tədbir iştirakçılarına "AtaHolding" Şirkətlər Qrupunun 2016-cı ildə keçirdiyi tədbirlərdən video süjetlər nümayiş etdililib.
Xarici kommunikasiyalar planına əsasən müxtəlif maraqlı tədbirlər həyata keçirilib. Onlardan bəziləri, məsələn, 2016-cı ildə “AtaTravel” MMC-nin “Nepaldan Papayaya səyahət” turunun prezentasiyası, yerli turizm və media şirkətlərin nümayəndələri üçün Naftalan-Çinar” və “Qalaaltı” istirahət mərkəzlərinə info-turlar, “Excelsior Hotel & Spa Baku” otelində yay mövsümünün açılışı, “Excelsior Hotel & Spa Baku” otelinin təşkil etdiyi “Baku Fashion 2016” tədbirlərində rəsmi tərəfdaşlığı, “AtaTexnologiya” şirkətinin yeni “HMR-360” proqram təminatının təqdimat mərasimi, PR-menecerlərin iştirakı ilə “Nə? Harada? Nə vaxt” intellektual oyununun keçirilməsi, PR mütəxəssislər üçün “Böhrandan əvvəl PR və Kommunikasiyalar” mövzusunda treninq, turizm sahəsində təhsil alan tələbələr üçün treninq və s. daha yaddaqalan olub.
Bütövlükdə, 2016-cı ildə “AtaHolding” Şirkətlər Qrupunun fəaliyyəti ilə bağlı kütləvi informasiya vasitələrində 5704 məlumat dərc edilib. Media Consulting and Services (MC&S) media monitorinq qrupunun apardığı monitorinqə görə, “Excelsior Hotel & Spa Baku” oteli dəfələrlə mətbuatda ən çox adı hallanan otel olub. «AtaHolding” Şirkətlər Qrupunun fəaliyyəti ilə bağlı 104 pres reliz işıqlandırılıb.
Tədbirə toplaşanlara “AtaTravel” MMC-nin fəaliyyəti haqqında ətraflı məlumatı “AtaTravel” MMC-nin baş direktoru Vüsal Əliyev təqdim etdi. O, qeyd etdi ki, turizm agentliyi 2016-cı ildə Azərbaycanda daxili turizmin inkişafı çərçivəsində böyük işlər görmüşdür. Bunun sayəsində yerli və xarici turistlər Azərbaycan regionlarının təbiətinin gözəlliyindən və gəzməli yerlərindən həzz almışlar. Qarşıdan gələn 2017-ci ildə agentlik ölkəmizin bütün regionlarına və bütün dünyaya müxtəlif maraqlı turlar təklif etməklə fəaliyyətlərini davam etdirmək niyyətindədir. “AtaTravel” turlarından istifadə edən turistlərə mükəmməl istirahət və keyfiyyətli xidmətə zəmanət verilir.

Tural




 
Bölməyə aid digər xəbərlər
26.04.2017
Əli İnsanova 8 illik həbs istənilib
26.04.2017
Botanika İnstitutu “Elm və təhsil arasında əlaqə” proqramını həyata keçirir
26.04.2017
Məşhəddə “İslam dünyasında sosial siyasət və ailə: tələblər və ehtiyaclar” mövzusunda iclas keçiriləcək
26.04.2017
Şəhid olmuş azərbaycanlıların adları əbədiləşdirilib
26.04.2017
“Son dövrlərdə işəgötürənlər nəzarət sistemini nəzərə almır”

Şərh əlavə olunmayıb



    ,    
Mahmud Əyyub
Elsevər Məmmədov
Rauf Qərib Alagöz
Aysel İbrahimova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 6271

1 Biznesmen diaspor üzvlərindən təkliflər var
2 Albert Aqarunovun xatirəsinə həsr olunan Karate–Do üzrə çempionat keçirilib
3 ABŞ-dakı azərbaycanlı şagird yaşlı diaspor üzvlərinə çağırış etdi
4 İctimai səhiyyə üzrə bakalavr təhsili alan ilk azərbaycanlı
5 “Rumıniyada ermənilərin bizim əleyhimizə hansısa ciddi işlər görməsinə şərait yaradılmayıb”
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info