Məşhur “Bremen Musiqiçiləri” Azərbaycan gimnastlarının ifasında
Tarix: 29.12.2016 | Saat: 14:57:00 | E-mail | Çapa göndər
Hər kəsin sevə-sevə gözlədiyi Yeni il bayramı artıq yaxınlaşmaq üzrədir. Möcüzələrin gerçəkləşəcəyinə inandığımız bu bayram özündə uşaqlıq fantaziyalarını əks etdirərək, bizi nağıllar dünyasına aparır. Elə bu düşüncələrdən yola çıxaraq, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilə sayılı günlər qalmış, gimnastika növləri üzrə yığma komandalarımız məhz birlik nümayiş etdirərək öz tamaşaçılarını bayram əhval-ruhiyyəsinə qərq etdilər. Belə ki, milli komandalarımızın üzvləri gimnastika sevərlərə fərqli gün yaşatmaq üçün “Bremen Musiqiçiləri” adlı Yeni il şousuna böyük həvəslə hazırlaşmışdılar. Hər zaman yarışları izlədiyimiz Milli Gimnastika Arenası bu dəfə məşhur nağılın dekorasiyaları ilə bəzədilərək, hamını möcüzələr aləminə səyahət etdirdi. Şounun süjet xətti bədii gimnastika üzrə yığma komandanın baş məşqçisi Mariana Vasilevanın rəhbərliyi ilə Qrim qardaşlarının eyniadlı əsəri əsasında səhnələşdirilib. Əlbəttə, idmançı olmaqla yanaşı, peşəkar aktyorlardan heç də geri qalmayan gimnast və məşqçi heyətimiz öz artistizm, rəqs bacarıqlarını nümayiş etdirərək, ifa etdikləri rollarının öhdəsindən layiqincə gəldilər. Əfsanəvi musiqilərin müşayiəti ilə gənc Trubadur və onun dostlarının başlarına gələn macəraların nümayiş olunduğu bu şou tamaşaçılara ən yadda qalan günlərdən birini yaşatdı.




 
Bölməyə aid digər xəbərlər
27.02.2017
Gürcüstanda Xocalı haqqında iki videoçarx təqdim olunub
27.02.2017
Pirallahıda Xocalı faciəsi ilə bağlı tamaşa göstərilib
27.02.2017
“Pəri qalası” qeyrət, namus, əbədiyyət rəmzidir
24.02.2017
Müasir İncəsənət Muzeyində növbəti sərgi - “Adsız”
23.02.2017
Bölgələrdə Amerika Guşələri açılacaq

Şərh əlavə olunmayıb



    ,    
Azər Allahverdiyev
Aydan Abdullayeva
Pərviz Məmmədov
Səbinə Novruzzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5564

1 “Gənclərimiz artıq boş vaxtlarından səmərəli yararlanmağı bacarırlar”
2 Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib
3 Sözün bədii və poetik ifadəsi bitmir
4 “Azərbaycan Cocuq Mərcanlını bərpa etməklə işğalçı Ermənistana nümunə göstərəcək”
5 Ad gününə dörd gün qalmışdı
24.02 19:50 “Şuxi“ salatı
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info