“Bütün federasiyalar 48 komanda ideyasını dəstəkləyir”
Tarix: 29.12.2016 | Saat: 15:48:00 | E-mail | Çapa göndər
“Mən indiyə kimi əminəm ki, Dünya Çempionatının final mərhələsində 32-dən çox komanda oynamalıdır. Biz turnirdə iştirakçıların sayının 40 və ya 48-ə çatdırılması istiqamətində fəaliyyətimizi davam etdiririk”. Bu sözləri FİFA prezidenti Canni İnfantino “Football İtalia” nəşrinə müsahibəsində deyib: “Bütün milli federasiyalar 48 komanda ideyasını dəstəkləyir”. O həmçinin deyib ki, gələcəkdə dünya çemoinatında videotəkrardan istifadə oluna bilər: “Klublararası Dünya Çempionatındakı testlər müsbət nəticə verdi. Ona görə də biz düz yolda olduğumuzdan əminik”. “Antalyaspor”un hücumçusu Samuel Eto isə FİFA prezidentinin Dünya Çempionatının iştirakçılarının sayının 48-ə yüksəldilməsi ilə bağlı təklifinə münasibət bildirib. Kamerunlu futbolçu ali futbol qurumunun rəhbərinin ideyasını dəstəklədiyini, bunun Afrika ölkələri üçün də bir şans olduğunu söyləyib: “Cənab İnfantino, bunu bizə, yazıq afrikalılara görə edin. Kimlər ki, Dünya Çempionatına yüksəlmək şansı qazana bilmirlər. Sizin bu ideyanızı dəstəkləyirəm. Mənim kimi bütün Afrika da təklifinizlə ikiəlli razıdır. Bu, Afrika ölkələri üçün bir şans ola bilər”. Şimali, Mərkəzi Amerika və Karib dənizi hövzəsi ölkələrinin Futbol Konfederasiyasının (KONKAKAF) prezidenti Viktor Montalyani isə deyib ki, 2026-cı ildə futbol üzrə Dünya Çempionatının final mərhələsi üç ölkədə keçirilə bilər. O bildirib ki, ABŞ, Kanada və Meksika mundialın birgə təşkili üçün müraciət edəcək. Montalyani iştirakçıların sayının 48-ə qaldırılmasının bir ölkənin təşkilatçılığını mümkünsüzə çevirəcəyindən belə addım atılacağını da vurğulayıb. Qurumun başçısı turnirin KONKAKAF zonasında təşkilinə ümidvar olduğunu da bildirib. Qeyd edək ki, FIFA 2026-cı ildən mundialın final mərhələsinin iştirakçı sayını 48-ə yüksəltmək niyyətindədir.




 
Bölməyə aid digər xəbərlər
27.02.2017
Benites dünyanın ən yüksək ödənişli məşqçisi ola bilər
27.02.2017
“Bavariya“da heç bir qapıçının edə bilmədiyini o etdi
24.02.2017
Məşqçilər Komitəsi komandalarla görüşüb
24.02.2017
“Mən qol vurmuşam, bəs sən nə etmisən?
23.02.2017
“Yuventus“ səfərdə, “Sevilya“ evdə qalib gəldi

Şərh əlavə olunmayıb



    ,    
Azər Allahverdiyev
Aydan Abdullayeva
Pərviz Məmmədov
Səbinə Novruzzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5571

1 “Gənclərimiz artıq boş vaxtlarından səmərəli yararlanmağı bacarırlar”
2 Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib
3 Sözün bədii və poetik ifadəsi bitmir
4 “Azərbaycan Cocuq Mərcanlını bərpa etməklə işğalçı Ermənistana nümunə göstərəcək”
5 Hansı təhsil müəssisələrinin pedaqoji heyətinin qiymətləndirilməsi keçiriləcək?
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info