Riçard Almeyda Azərbaycan yığmasında oynaya bilər
Tarix: 29.12.2016 | Saat: 20:37:00 | E-mail | Çapa göndər
“Riçard Almeyda gələn ildən Azərbaycan yığmasında oynaya bilər”.
Bu sözləri “apasport.az” saytına açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib. O bildirib ki, “Qarabağ”ın braziliyalı futbolçusu ilə yanvarda görüş olacaq. Həmin görüşdə AFFA rəsmiləri Almeydanın Azərbaycan yığmasında oynamaq məsələsini yekun olaraq müzakirə edəcəklər: “Bildiyiniz kimi, Almeyda artıq 4 il yarımdı ki, Azərbaycandadır. Gələn ilin iyununda onun ölkəmizdə 5 ili tamam olacaq. Yanvardakı görüş zamanı Riçarda millimizdə oynamağı təklif edəcəyik. Əgər razılıq əldə olunsa, Almeyda iyun ayından etibarən Azərbaycan yığmasının formasını geyinəcək”. Elxan Məmmədov söhbət əsnasında Almeydanın ilkin razılığını aldıqlarını bildirib. Qeyd edək ki, “Qarabağ”ın aparıcı üzvlərindən olan Riçard Almeyda bir müddət öncə mətbuata açıqlamasında Azərbaycan millisinin formasını geyinməyə hazır olduğunu demişdi.




 
Bölməyə aid digər xəbərlər
23.06.2017
Əliyar Ağayev Çempionlar Liqasına təyinat aldı
23.06.2017
Braziliyalılar “Barselona”dan narazıdırlar
23.06.2017
Formula 2 başladı
23.06.2017
Formula-2 yarışlarına start verilib
22.06.2017
İnzaqi Albaniya millisini çalışdıra bilər

Şərh əlavə olunmayıb



    ,    
Ülvi Hüseynli
Mübariz Nuriyev
Şəmsi Gülverdi
Aysel İbrahimova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 6780

1 BANM-in dekanı: “BANM öz tələbələrinin gələcək karyera imkanlarına böyük əhəmiyyət verir”
2 “Ruhuma daha yaxını müəllimlikdir”
3 “Uşaqların sevgisi məni bu ucqar kənd məktəbinə bağladı”
4 Azərbaycanda etnik, dini dözümlülük mühiti tarixi ənənələrdən bəhrələnən milli siyasətin nəticəsidir
5 Qurtuluş dastanından Əlincə zirvəsinə
23.06 15:08 Ayaqlar üçün vanna
23.06 12:00 Formula 2 başladı
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info