Qripdən qorunmağın ən yaxşı yolu peyvəndlərdir
Tarix: 29.12.2016 | Saat: 20:51:00 | E-mail | Çapa göndər
Havanın soyuması ilə əlaqədar qripə yoluxma halları da artır. Günlərlə keçməyən və bütün bədənə təsir edən qrip epidemiyalarında ən çox quru öskürək, boğazda quruluq və yanma, bəzən qızdırma və tez-tez asqırma hallarına rast gəlinir. Bəs qripdən necə qorunaq?
Bununla bağlı Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının pulmonologiya, allerqologiya, nefrologiya şöbəsinin müdiri Kəmalə Ağayeva öz tövsiyələrini verib. O bildirib ki, qripdən qorunmağın ən yaxşı yolu vaxtında peyvəndlərdən istifadə etməkdir. Bu vaksinlərin sentyabr-oktyabr aylarında vurulması daha məqsədəuyğundur, çünki vaksinlər insanları 6 ay müddətində qripə yoluxmaqdan qoruyur. Əgər peyvənd olmuş şəxs qripə yoluxarsa, bu zaman xəstəliyi daha yüngül formada keçirəcək. Qripə yoluxmaq istəməyənlər elə indi də bu peyvəndləri vurdura bilərlər. Onun sözlərinə görə, qripi yüngül formada keçirməyin yollarından biri də tərkibində C vitamini ilə zəngin olan qidalara üstünlük verilməsidir. Eyni zamanda, qripə yoluxmuş şəxs çoxlu miqdarda maye qəbul etməlidir. Çünki maye toksinlərin tez bir zamanda bədəndən xaric olunmasına kömək edir. Antibiotiklərin istifadəsinə gəlincə, həkim vurğulayıb ki, virus infeksiyası zamanı hərarət bir qədər yüksələn kimi antibiotikdən istifadə etmək olmaz. Əgər qrip olan şəxsdə hərarət 5-7 gündən çox çəkirsə və düşmürsə, onda mütləq xəstə müayinə olunmalıdır. Əgər bakterial ağırlaşmalar varsa, o zaman antibiotik vurula bilər. Lakin 38 dərəcəyədək olan hallarda orqanizm immun sistemi hesabına virusla mübarizə apardığı üçün bədən temperaturunu endirmək məsləhət görülmür. İndi xəstələr özbaşına qeyri-adekvat dozada antibiotiklərdən istifadə edirlər. Bu da gələcəkdə mikroorqanizmlərin antibiotiklərə qarşı rezistententliliyinin yaranmasına gətirib çıxarır.












 
Bölməyə aid digər xəbərlər
18.02.2018
Sarımsaqlı su
14.02.2018
Səhiyyə maarifi xarakteri daşıyan metodik vəsait
12.02.2018
Əhalinin pulsuz tibbi müayinəsinə başlanır
10.02.2018
Avtomobil oturacaqlarındakı qızdırıcılar sonsuzluq yaradır
08.02.2018
İnsan stresdən arıqlayır yoxsa...

Şərh əlavə olunmayıb



    ,    
Aysel İbrahimova
Rəhim Həsənov
Tural Tağıyev
Zülfiyyə Vəliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8434

1 “Birləşmiş Krallıqda bizim çox istedadlı və savadlı insanlarımız var”
2 “Şirkətimiz bu il yüzlərlə yeni və daimi iş yeri yaradacaq”
3 “Qarabağ həqiqətlərinin Belçikada tanınması üçün yerli mətbuatın gücündən istifadə edirik”
4 Xocalı soyqırımı ilə bağlı Türkiyədə bir sıra tədbirlər keçiriləcək
5 Ermənistan mətbuatı: “Əliyev türk elementini Ermənistana qaytarmağı strateji məsələ hesab edir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info