ADPU ilə LDU arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb
Tarix: 30.12.2016 | Saat: 13:48:00 | E-mail | Çapa göndər
Azərbaycanın ali təhsil sistemində xüsusi yeri və mövqeyi olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) fəaliyyətinin əsas istiqamətlərindən biri respublikamızın və xarici ölkələrin ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq əlaqələrinin yaradılması və beynəlxalq əlaqələrin miqyasının genişləndirilməsidir. Bu baxımdan dekabr ayının 30-da ADPU-nun rektoru, professor Cəfər Cəfərovun və Lənkəran Dövlət Universitetinin (LDU) rektoru vəzifəsini icra edən, professor Natiq İbrahimovun iki universitet arasında əməkdaşlıq haqqında müqavilə imzalamaları bu vacib istiqamətdə atılan növbəti uğurlu addımlardan biri kimi qiymətləndirilir. Məlumat üçün bildirək ki, ADPU və LDU imzalanmış müqavilə əsasında və öz səlahiyyətləri çərçivəsində mövcud qanunvericiliyə uyğun olaraq qarşılıqlı əməkdaşlığı həyata keçirəcəklər. İmzalanmış müqavilədə ADPU-nun “Kimya və biologiya müəllimliyi” və “İbtidai sinif müəllimliyi” ixtisasları üzrə mütəxəssis hazırlığını həyata keçirmək üçün ADPU-da tərtib olunmuş tədris planlarını və müvafiq fənn proqramlarını LDU-ya verməsi, eyni zamanda ADPU-nun professor-müəllim heyətinin LDU-da həmin ixtisaslar üzrə keçirilən aralıq və yekun dövlət imtahanlarında iştirakına şərait yaratması və LDU-nun adıcəkilən ixtisaslar üzrə müvafiq məzunlarına qanunvericilikdə nəzərdə tutulmuş qaydada ikili diplomların verilməsi istiqamətində işlər aparması nəzərdə tutulmuşdur. Müqavilədə LDU-nun da öz növbəsində bu ixtisaslar üzrə mütəxəssis hazırlığını ADPU-nun tədris planları və müvafiq fənn proqramları əsasında aparması, həmin ixtisaslar üzrə keçirilən aralıq və yekun attestasiyalarda ADPU-nun professor-muəllim heyətinin iştirakını təmin etməsi, LDU-da qeyd olunan ixtisaslar üzrə təhsil alan tələbələrin bir semestr ADPU–də təhsil almasına səy göstərməsi və həmin ixtisaslar üzrə LDU-nun müvafiq məzunlarına qanunvericilikdə nəzərdə tutulmuş qaydada ikili diplomların verilməsi istiqamətində işlər aparması öz əksini tapmışdır.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov və LDU-nun rektoru vəzifəsini icra edən, professor Natiq İbrahimov iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq haqqında müqavilənin bağlanılmasından məmnun qaldıqlarını bildirərək, bu əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağına inamlarını ifadə ediblər.




 
Bölməyə aid digər xəbərlər
20.02.2017
Şagirdlərə qızıl və gümüş medal verilməsi qaydaları
20.02.2017
Səudiyyə Ərəbistanı ilə əlaqələrdə yeni mərhələ
20.02.2017
“Gənclərimiz Xocalı soyqırımının dünyaya tanıdılması üçün bütün potensıalını ortaya qoymağa hazırdır”
17.02.2017
BANM-in tələbəsinin “Daxili dünyam” layihəsinə yekun vurulub
17.02.2017
ADPU-da professor Abasqulu Abaszadə adına auditoriyanın açılışı olub

Şərh əlavə olunmayıb



    ,    
Azər Allahverdiyev
Aydan Abdullayeva
Pərviz Məmmədov
Səbinə Novruzzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5512

1 “İzmirdəki QHT-lərimiz Qarabağ mövzusunu bacardıqları qədər gündəmdə saxlayırlar”
2 “Macarıstan heç də hamının xəyalında qurduğu Avropa ölkəsi deyil”
3 “Gəncə gəncləri İslam Həmrəyliyi Oyunlarına öz töhfələrini verəcəklər”
4 Rufiz Qonaqov Türkiyənin Azərbaycandakı səfiri görüşüb
5 “Qafqaz Gənclər Evi” platforması üzərində işləyirik”
20.02 12:27 Yazın ilk çiçəyi
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info