Dünyada “DDoS” hücumlarının tezliyi 40% yüksəlib
Tarix: 30.12.2016 | Saat: 13:58:00 | E-mail | Çapa göndər
2016-cı ildə "əşyalar interneti" cihazlarının köməyi ilə qurulan botnetlərin hesabına "DDoS" hücumlarının tezliyi qismən artıb. Bu haqda informasiya təhlükəsizliyi məsələləri üzrə ixtisaslaşmış "Neustar" şirkətinin məlumatlarına istinadən "CRN" nəşri yazır.
"ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən yazır ki, "Neustar" şirkətinin qiymətləndirməsinə görə, 2016-cı ilin yanvar-noyabrında "DDoS" hücumlarının sayı ötən illə müqayisədə 40% yüksəlib. Veb kamera və marşrutlayıcılar kimi istehlak yönümlü "əşyalar interneti" qurğularına edilən kiberhücumlar sürətlənib, nəticədə hakerlər "DNS" serverləri sıradan çıxarıblar və 1200-dən çox veb saytı bloklayıblar.
"2016-cı ildə DDoS hücumlarının təşkili daha mürəkkəb forma alıb, çünki bu hücumlar üçün vahid hədəf olmayıb. Bəzi hallarda xidmətlərin işinə mane olmağa, digər hallarda məlumatları oğurlamağa cəhd ediblər – "Neustar" şirkətinin baş vitse-prezidenti Rodni Coff deyib. Şirkətlər yeni təhdidlərə baxmayaraq, adi hücumlara qarşı diqqətli olmalıdırlar".
21 oktyabr 2016-cı il tarixində "Dyn" serverlərinə qarşı güclü "DDoS" hücumu qeydə alınıb və nəticədə "Twitter", "Reddit", "Netflix", "HBO" və "CNN" daxil olmaqla yüzlərlə populyar internet resursları əlçatmaz olub. Kiberhücumun gücü 1 Tb/san təşkil edib.
Hücum nəticəsində dəymiş zərərin həcmi 110 milyon dollar məbləğində qiymətləndirilib. "RedCult" və "New World Hackers" haker qruplaşmaları bu hücuma görə məsuliyyəti öz üzərinə götürüblər. Bu "DDoS" hücumunun özəlliyi "əşyalar interneti" cihazlarından yaradılmış botnetlərdən istifadə olub.

MAHMUD




 
Bölməyə aid digər xəbərlər
17.03.2017
“Google”-dan daha bir yenilik
17.03.2017
Uşaqların smartfonuna nəzarət edən proqram yaradılıb
17.03.2017
17 mart-Dünya Yuxu Günüdür
17.03.2017
Portativ akkumulyator hazırlanıb
17.03.2017
Ömrün təxminən üçdəbiri yuxuya sərf olunur

Şərh əlavə olunmayıb



    ,    
Aytən
Şəfa Qurbanova
Azər Allahverdiyev
Aydan Abdullayeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5931

18.03 12:50 Şəkərbura
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info