“Neftçi” çexiyalı futbolçunu icarəyə götürüb
Tarix: 30.12.2016 | Saat: 14:08:00 | E-mail | Çapa göndər
Bakının “Neftçi” klubu heyətini daha bir futbolçu ilə gücləndirib.
Klubdan AZƏRTAC-a bildiriblər ki, paytaxt təmsilçisi Çexiyanın “Slovan” klubunda çıxış edən Zdenek Folprexti icarəyə götürüb.
İyirmi beş yaşlı yarımmüdafiəçi icarə əsasında cari mövsümün sonunadək “Neftçi”də çıxış edəcək.
“Slovan”ın idman direktoru Yan Nezmar deyib: “Zdenek çox əlverişli təklif alıb. Bu təklif “Slovan” üçün də münasibdir. Komandadakı ab-havanı dəyişmək istəyirik. Futbolçumuzun icarəyə verilməsinin xüsusi bir səbəbi yoxdur. Folprext tibbi müayinədən keçdikdən sonra hər şeyə aydınlıq gələcək”.
Qeyd edək ki, Z.Folprext Avropa Liqasının qrup mərhələsində “Qarabağ”a qarşı Bakıda və Liberetsdə keçirilmiş qarşılaşmalarda 90 dəqiqə meydanda olub. “Slovan” “J” qrupunda 4 xalla sonuncu pillədə qərarlaşaraq qitə turnirində mübarizəni dayandırıb.




 
Bölməyə aid digər xəbərlər
17.01.2017
Azərbaycan çempionu Kanada yığmasını çalışdıracaq
17.01.2017
“Barselona” və “Atletiko”nun Kosta mübarizəsi
17.01.2017
Van Qal məşqçi karyerasını başa vurdu
16.01.2017
Özil Almaniyanın ən yaxşı oyunçusu seçildi
16.01.2017
Srna Barselonaya keçməkdən imtina etdi

Şərh əlavə olunmayıb



    ,    
Pərviz Məmmədov
Səbinə Novruzzadə
Tural Tağıyev
Sara ƏLİYEVA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5175

1 Azərbaycan nefti kəskin bahalaşıb
2 “Kəşfim laboratoriyamız və fakültəmiz üçün yüksək uğur kimi qiymətləndirildi”
3 Astanada 20 Yanvarla bağlı fotosərgi keçirilib
4 “3rd English Olympiad Baku 2017” layihəsi keçiriləcək
5 Hollandiyada 20 Yanvar şəhidlərinə həsr olunan açıq dərs keçirilib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info