“Alternativ və bərpaolunan enerji və enerji səmərəliliyi sahəsinin standartlaşdırılması” üzrə Texniki Komitənin strukturu yenidən formalaşdırılıb
Tarix: 30.12.2016 | Saat: 15:04:00 | E-mail | Çapa göndər
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) təşəbbüsü ilə yaradılmış “Alternativ və bərpaolunan enerji və enerji səmərəliliyi sahəsinin standartlaşdırılması” üzrə Texniki Komitənin (TK 18) fəaliyyətinin təkmilləşdirilməsi, standartlaşdırma sahəsində aparılan işlərin təşkili və beynəlxalq təcrübəyə uyğunlaşdırılması, alternativ və bərpaolunan enerji və enerji səmərəliliyi sahəsində milli səviyyədə standartların istifadə edilməsinin effektivliyinin artırılması, beynəlxalq və dövlətlərarası standartlaşdırma fəaliyyətində iştirakın təmin edilməsi məqsədilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əmrinə əsasən, komitənin yeni əsasnaməsi və strukturu təsdiq edilib.
ABOEMDA-dan AZƏRTAC-a bildirilib ki, komitənin sədri vəzifəsinə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin texniki tənzimləmə şöbəsinin müdiri Sənan Abbasov, sədr müavini vəzifəsinə Azərbaycan Texniki Universitetinin “Bərpaolunan Enerji Mənbələri, Enerji Maşınları və Hidrodinamiki Proseslərin tədqiqi” elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi, dosent, texnika üzrə elmlər namizədi Adilə Zeynalova, məsul katibi isə dövlət agentliyinin texniki tənzimləmə şöbəsinin böyük məsləhətçisi Cahid Mikayılov seçilib.
Bu Texniki Komitənin strukturuna Fövqəladə Hallar Nazirliyi, Energetika Nazirliyi, İqtisadiyyat Nazirliyi, Şəhərsalma və Arxitektura Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometrologiya Departamenti, Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Milli Elmlər Akademiyası Radiasiya Problemləri İnstitutu, Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutu, “Azərişıq” ASC, “Sumqayıt Texnologiyalar Parkı” MMC və digər qurumlar daxildir.
TK 18-in fəaliyyət istiqamətlərini alternativ və bərpa olunan enerji və enerji səmərəliliyi sahəsində beynəlxalq standartlara uyğun milli standartların layihələrinin hazırlanmasının və ekspertizasının təşkili, beynəlxalq və regional təşkilatların işində iştirak və milli standartlaşdırma sisteminə daxil olan sahə standartlarının təkmilləşdirilməsi təşkil edir.
Mahmud Sadıq




 
Bölməyə aid digər xəbərlər
25.04.2018
Yanvar-mart aylarında pərakəndə ticarət dövriyyəsində 2,6 faiz artım olub
24.04.2018
Yeni ekologiya və təbii sərvətlər naziri kollektivə təqdim edilib
24.04.2018
UFAZ-da rəsm sərgisi təşkil olunub
24.04.2018
Küveytdən Azərbaycana gələn turistlərin sayı 7,1 dəfə artıb
23.04.2018
ƏƏSMN-in yeni rəhbəri kollektivə təqdim edilib

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9090

1 Qazaxıstandakı azərbaycanlı general-mayor təltif olunub
2 İlham Əliyevin andiçmə mərasimi olub
3 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
4 “Cocuq Mərcanlı qəsəbəsi bizim dirçəliş rəmzimizə çevrilib”
5 TADF erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info