Daha iki yerüstü piyada keçidi istifadəyə verilib
Tarix: 30.12.2016 | Saat: 16:12:00 | E-mail | Çapa göndər
Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində Bakı şəhərində daha iki yerüstü piyada keçidi istifadəyə verilib.
 
“Azəravtoyol” ASC-dən veriln məlumata görə, piyada keçidləri M-1 Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 12,2-ci km-də və Bakı şəhəri, Sabunçu rayonu Şəhər şosesində inşa olunub.
 
Keçidlər nəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazilərdə inşa edilib. Məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də nəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir.
 
“Azəravtoyol” ASC-nin "Azəryolelmitədqiqatlayihə" İnstitutu tərəfindən hazırlanan layihəyə əsasən keçidlərin dayaqları dəmir-beton, aşırım hissələri isə metal konstruksiyadan ibarətdir. Hər ikisinin pilləkən hissədən ibarət 2 giriş-çıxışı mövcuddur. M-1 Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 12,2-ci km-də inşa edilən keçidin aşırım hissəsinin uzunluğu 44,8 metr, pilləkən hissəsinin uzunluğu 20 metr olmaqla, ümumi uzunluğu 64,8 metr təşkil edir. Azərbaycan Dövlət Tikinti Normalarına uyğun inşa edilmiş 1 aşırımlı (orta dayaqsız) keçidin qalereyasının eni 4 metr, yol səthindən hündürlüyü isə 5,5 metrdir.
 
Sözügedən keçidin tikintisində 65 ton metal, 280 kubmetr beton, 27,4 ton armatur, 60 kvadratmetr qranit və 600 kvadratmetr aqlay istifadə olunub. Layihə çərçivəsində keçidin yanında vətəndaşların rahat şəkildə avtobuslardan istifadə etməsi üçün 2 ədəd dayanacaq inşa olunub.
 
Qeyd edək ki, keçidin tikintisinə cari ilin iyun ayında başlanılıb.
 
Bakı şəhəri, Sabunçu rayonu Şəhər şosesində inşa edilən keçidin aşırım hissəsinin uzunluğu 42,3 metr, pilləkən hissəsinin uzunluğu 32,7 metr olmaqla, ümumi uzunluğu 75 metr təşkil edir. Dövlət Tikinti Normalarına uyğun inşa edilmiş 2 aşırımlı (orta dayaqlı) keçidin qalereyasının eni 4 metr, yol səthindən hündürlüyü isə 5,5 metrdir.
 
Müntəzəm sərnişin daşıması ilə məşğul olan avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışı təmin etmək məqsədi ilə keçidin yerləşdiyi ərazidə yol hər bir istiqamət üzrə genişləndirilərək əlavə hərəkət zolaqları yaradılıb, yeni piyada səkiləri inşa edilib.
 
Sözügedən keçidin tikintisində isə 44,9 ton metal, 160,2 kubmetr beton, 21,5 ton armatur, 586 kvadratmetr qranit, 18 kvadratmetr aqlay və fasadın üzlənməsi üçün 1139 kvadratmetr alkopan materialı istifadə olunub.
 
Qeyd edək ki, hazırda Bakı şəhəri ərazisində 11 yerdə yeraltı və yerüstü piyada keçidlərinin inşası aparılır. Yaxın gələcəkdə zəruri olan digər ərazilərdə də yüngül konstruksiyadan ibarət piyada keçidlərinin inşası nəzərdə tutulub.


Tural




 
Bölməyə aid digər xəbərlər
28.04.2017
Berat Albayrak: “TANAP-ın tikintisi gələn il tamamlanacaq”
28.04.2017
Bakı-Tbilisi-Qars dəmir yolu xətti iyunun sonunda istifadəyə veriləcək
28.04.2017
Qarabağ xalçaları xaricə ixrac olunacaq
28.04.2017
İş adamları Azərbaycanda kənd təsərrüfatı sektoruna investisiya yatırmağa dəvət edilir
28.04.2017
Neft bahalaşıb

Şərh əlavə olunmayıb



    ,    
Psixoloq Fərqanə Mehmanqızı
Mahmud Əyyub
Elsevər Məmmədov
Rauf Qərib Alagöz
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 6309

1 Bakı Mühəndislik Universitetində YAP-ın təsis konfransı keçirilib
2 Albert Aqarunovun xatirəsinə həsr olunan Karate–Do üzrə çempionat keçirilib
3 Suraxanıda Milli Qəhrəman Albert Aqarunovun xatirə lövhəsi açılıb
4 Azərbaycan məhsullarının xarici KİV-lərdə təbliğində diasporun rolu
5 ABŞ-dakı azərbaycanlı şagird yaşlı diaspor üzvlərinə çağırış etdi
28.04 13:16 Neft bahalaşıb
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info