Bir qrup jurnalistə fəxri adlar, orden və medallar təqdim edilib
Tarix: 30.12.2016 | Saat: 16:45:00 | E-mail | Çapa göndər
Prezident İlham Əliyevin 7 noyabr 2016-cı il tarixli sərəncamları ilə televiziya və radio sahəsində xidmətlərinə görə təltif edilən bir qrup televiziya və radio işçisinə fəxri adların, orden və medalların, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nun təqdim edilməsi mərasimi keçirilib.

APA-nın məlumatına görə, mərasimdə çıxış edən Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Ə. Həsənov Azərbaycanda milli televiziyanın 1956-cı ildə yarandığını xatırladıb. O, qonşu Türkiyə və İranda televiziya və radionun bir neçə il sonra yarandığını söyləyib: "Şərq aləmində "Əkinçi" də ilk mətbuat orqanı olub. Mən bu gün təltif edilən jurnalistləri təbrik edirəm. İnanıram ki, siz dövlətimiz və millətimizlə bağlı fəaliyyətinizi daha inamla davam etdirəcəksiniz".

Ə. Həsənov televiziya, radio və elektron resursların dünyanın qabaqcıl media resursları ilə rəqabət aparmaq qabiliyyətinə malik olduğunu vurğulayıb: "Televiziya, radio, KİV keçmişlə gələcək nəsillər arasında körpü yaradır, inkişaf üçün yeni addımlar atmağa stimullaşdırır”.

Daha sonra bir qrup televiziya və radio işçisinə fəxri adlar, orden və medallar, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” təqdim edilib.

Sonda Ə. Həsənov jurnalistləri Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib.




 
Bölməyə aid digər xəbərlər
26.09.2017
“Minsk qrupunun tərkibinə yenidən baxıla bilər”
26.09.2017
Nümayəndə heyətimiz İnterpolun Baş Assambleyasının sessiyasında iştirak edir
26.09.2017
“İtaliya Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyir”
26.09.2017
Binəli Yıldırım: “İki yaşlı Zəhranın qətlə yetirilməsi insanlıq əleyhinə cinayətdir”
26.09.2017
Qənirə Paşayevaya Kırşehir vilayətinin fəxri vətəndaşı statusu verilib

Şərh əlavə olunmayıb



    ,    
Ilkin Mustafayev
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7361

1 Xarəzm və Xivə əhalisinin ləhcəsi Azərbaycan dilinə çox yaxındır
2 “Məqsədim seçicilərimin səsini və ümidini doğrultmaqdır”
3 Özbək səmimiliyi: “Siz qəzetə yazın, bizsə qəlbimizə yazırıq”
4 Fuad Muradov: “Gənclər dövlət siyasətinin tərkib hissəsidir”
5 Sumqayıtda SOCAR-ın bir sıra obyektləri istifadəyə verilib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info