Fərrux usta: “İndi milli papaqlara maraq azalıb”
Tarix: 05.01.2017 | Saat: 12:24:00 | E-mail | Çapa göndər
Hər bölgənin özünün müxtəlif sənət növlərində olduğu kimi, papaqçılıqda da sənətkarlar yetişib. Bu sənət əsasən nəsildən-nəslə ötürülməklə qorunub saxlanılıb.
Məlum olduğu kimi, bir çox papaq növləri var. Bunlar arasında seçilən milli papaqlarımızın hazırlanması isə xüsusi bacarıq tələb edir.
AZƏRTAC xəbər verir ki, vaxtilə Cəlilabad rayonunda papaqçılıqla məşğul olan çoxlu sənətkara rast gəlinsə də, indi bu peşə sahiblərinin sayı cəmi iki nəfərdir.
Onlardan biri Cəlilabad rayonunda yaşayan 81 yaşlı Fərrux Məmmədovdur. O, 60 ildən çoxdur ki, papaqçılıqla məşğuldur. Papaq tikdiyi balaca dükanı ona doğma evi qədər əzizdir. Bir vaxtlar burada Fərrux usta kimi onlarla peşəkar papaqçı çalışıb.
Gənc vaxtlarında daha çox uşaqlar üçün papaq tikən ustanın əl işləri o dövrdə həm yerli, həm də xarici alıcıların marağına səbəb olub. Fərrux usta deyir ki, indi milli papaqlara maraq azalıb. Vaxtilə ən yaxşı sənətlərdən hesab olunan papaqçılıq artıq unudulmaq üzrədir.
Usta ay ərzində təxminən iki-üç papaq tikir. Sifarişçiləri də əsasən yaşlı nəslin nümayəndələridir.
Əlli-yetmiş manat civarında satılan milli papaqlar Fərrux ustanın maddi ehtiyaclarını tam ödəməsə də, o, Cəlilabad rayonunda bu sənəti yaşatdığı üçün qürur duyur.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.02.2017
İstiqlal Muzeyində sərgi keçiriləcək
17.02.2017
Görkəmli bəstəkar Fikrət Əmirov yad olunub
17.02.2017
Alim Qasımov Tehranda çıxış edəcək
17.02.2017
Əbülfəs Qarayev ÜTF çərçivəsində nazirlər toplantısında çıxış edib
16.02.2017
Gənc Tamaşaçılar Teatrında yeni tamaşaya ictimai baxış

Şərh əlavə olunmayıb



    ,    
Azər Allahverdiyev
Aydan Abdullayeva
Pərviz Məmmədov
Səbinə Novruzzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5510

1 “İzmirdəki QHT-lərimiz Qarabağ mövzusunu bacardıqları qədər gündəmdə saxlayırlar”
2 “Macarıstan heç də hamının xəyalında qurduğu Avropa ölkəsi deyil”
3 Qarabağ həqiqətlərinin təbliğində xaricdəki gənclərimizin rolu
4 “Gəncə gəncləri İslam Həmrəyliyi Oyunlarına öz töhfələrini verəcəklər”
5 Rufiz Qonaqov Türkiyənin Azərbaycandakı səfiri görüşüb
20.02 12:27 Yazın ilk çiçəyi
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info