“Imagen Diplomática” jurnalı Azərbaycana həsr olunub
Tarix: 05.01.2017 | Saat: 13:30:00 | E-mail | Çapa göndər
Azərbaycanın Argentinadakı səfirliyinin dəstəyi ilə bu ölkənin ictimai-siyasi, diplomatik və işgüzar dairələri arasında xüsusi nüfuza malik “Imagen Diplomática” jurnalının “Azərbaycan: müqəddəs Qafqaz ətəklərində, cəsur övladların odlar yurdunda inkişaf və sülh” adlı buraxılışı işıq üzü görüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Imagen Diplomática”nın Azərbaycana həsr olunana bu sayı jurnalın 10 illik yubiley buraxılışıdır.
Üz qabığında Heydər Əliyev Mərkəzinin əks olunduğu jurnalda “Azərbaycan və onun inkişaf strategiyası”, “Argentina və Azərbaycan”, “Argentina və Azərbaycan arasında yüksək səviyyədə əlaqələr davam edir”, “Azərbaycanda turizm”, “Polo və çovqan”, “Bakıda “Formula-1 Qran-prisi”, “Azərbaycan şərabları”, “La Plata Dövlət Universitetində Azərbaycanşünaslıq kafedrası”, “Argentina və Azərbaycan: bir-birini qarşılıqlı tamamlayan iqtisadiyyata malik iki tərəfdaş”, “Azərbaycan: Odlar diyarı...Qafqazın incisi”, “Azərbaycan xalçaları: toxuma mədəniyyəti”, “Bakı şəhərinin memarlığı”, “Gələcəyə baxış: 2020-ci ilə qədər Argentina – Azərbaycan əlaqələrinin qiymətləndirilməsi” mövzusunda ölkəmizi müxtəlif tərəflərdən təqdim edən məqalələr və fotoşəkillər yer alıb.
Azərbaycanın Argentinadakı səfiri Rəşad Aslanovun müəllifi olduğu “Azərbaycan və onun inkişaf strategiyası” başlıqlı məqalədə ölkəmizdə müsəlman Şərqində ilk parlamentli respublikanın, habelə teatr, opera, balet kimi mədəniyyət nümunələrinin əsasının qoyulduğu bildirilib. Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin müxtəlif sahələrdə qazandığı uğurlar, Azərbaycanda multikulturalizm ənənələri, ölkəmizdə təşkil olunmuş beynəlxalq əhəmiyyətli tədbirlər, Azərbaycan-Argentina münasibətləri barədə ətraflı məlumat verilib. Məqalədə Ermənistan-Azərbaycan münaqişəsinə geniş yer ayrılıb, Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunması, bunun nəticəsi olaraq 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi, münaqişə ilə bağlı BMT və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş və ölkəmizin haqlı mövqeyini dəstəkləyən sənədlər barədə məlumat əks olunub.
“Gələcəyə baxış: 2020-ci ilə qədər Argentina – Azərbaycan əlaqələrinin qiymətləndirilməsi” başlıqlı məqalədə “Son 20 ildə Azərbaycan proqressiv sosial inkişafa imkan verən iqtisadi artımın uğurlu modelini qurub...Prezident İlham Əliyevin rəhbərliyi altında siyasi sabitlik möhkəmləndirilib, ölkə qlobal iqtisadiyyatda mühüm rol qazanıb”, “Argentina və Azərbaycan: bir-birini qarşılıqlı tamamlayan iqtisadiyyata malik iki tərəfdaş” başlıqlı məqalədə “Son 10 ildə Azərbaycan iqtisadiyyatının gücü və illik artımı 13 faiz olmaqla inkişafı onu Cənubi Qafqazın ən inkişaf etmiş ölkəsinə çevirib...qarşıdan gələn illərdə siyasi sabitliyi, enerji resurslarının istifadəsinin genişləndirilməsi və Avropanın enerji təhlükəsizliyində rolu sayəsində Azərbaycanın Xəzər dənizi regionunda iqtisadi güc mərkəzi statusunun güclənməsinin şahidi olacağıq”, “Azərbaycanda turizm” məqaləsində “Səfər edən hər kəs üçün Azərbaycan inkişaf etmiş, tarix və müasirliyi, təbiət və texnologiyanı, sülh və hərəkətliliyi özündə birləşdirən bir məkandır. Bunun sayəsində “Odlar Yurdu” bütün dünyadan bura gələn turistləri, xüsusilə də argentinalıları cəlb edir” kimi fikirlər yer alıb.
Jurnalın Azərbaycana həsr olunmuş buraxılışı oxucuların böyük marağına səbəb olub.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.09.2017
BMT Azərbaycana qarşı cinayət törədənləri necə cəzalandıra bilər?
22.09.2017
“Dövlət başçısı BMT-dəki çıxışında qətiyyətli və prinsipial mövqe nümayiş etdirdi”
21.09.2017
“Prezident BMT-də Ermənistanın işğalçılıq siyasətini ifşa etdi”
21.09.2017
Ermənistanda orta məktəb məzunlarının sayı iki dəfə azalıb
21.09.2017
Ali məktəb məzunu peşəkar fəaliyyətə psixoloji cəhətdən hazır olmalıdır

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Nigar Abdullayeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7346

1 “İngiltərənin parlament üzvlərinin Dağlıq Qarabağ münaqişə ilə bağlı məlumatları var”
2 Xarəzm və Xivə əhalisinin ləhcəsi Azərbaycan dilinə çox yaxındır
3 Özbək səmimiliyi: “Siz qəzetə yazın, bizsə qəlbimizə yazırıq”
4 Prezident BMT-də Ermənistanı "işğalçı" adlandırdı
5 Sumqayıtda SOCAR-ın bir sıra obyektləri istifadəyə verilib
22.09 20:10 Badamlı peçenye
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info